51
Ceyran, maral, bülbül və digər heyvanlar,
həmçinin ov və döyüş səhnələri Yaxın Şərq, o
cümlədən Azərbaycan əhalisi üçün o qədər xas
idi ki, onlar ənənəvi olaraq kətəbənin içində
yerləşdirilirdilər”.
Ovçuluq mövzusunun xüsusi estetik dəyər al-
dığı erkən orta əsrlərin klassikəqədərki dövrünə
isə həyati hadisələrin daha real üslubda əksi,
xalça sənətinin miniatür boyakarlığı ilə yaxın-
laşması xasdır. Sözügedən dövrə aid xalçalarda
biz klassik Şərq ədəbiyyatının, xüsusən Nizami
Gəncəvinin “Xəmsə”sininmotivlərini müşahidə
edirik. Eyni zamanda, həmin dövrdə yaranmış
bədii ədəbiyyat nümunələrində incə toxunuşlu
xalçaların təsvirinə də rast gəlmək mümkündür.
Nizami Gəncəvinin “İskəndərnamə” poemasın-
da “İskəndərlə Nüşabənin məclisi” fəslində sü-
jetli xalçanın təsviri verilmişdir.
Xalça sənətinə, xüsusən süjetli motivlərin
izahına güclü təsir göstərmiş miniatür XIV
əsrdən başlayaraq, təkcə Cənubi Azərbaycanda
və onun mədəniyyət mərkəzi Təbrizdə deyil,
Azərbaycanın şimal bölgələrində, Şirvanda, Ba-
kıda da inkişaf edirdi.
XVI əsr — Azərbaycan xalça sənətinin “Qı-
zıl dövrü” hesab edilirdi. İncəsənətin üslubu və
məzmunu hökmranlıq edən sinfin ideyalarına
xidmət etsə də, xalçalar məzmun və formanın
klassik bitkinliyi ilə fərqlənirdi, sonrakı dövrlər
üçün süjetli-tematik xalçaların təkamülünün
əsas istiqamətlərini müəyyənləşdirərək, bədii
dəyərin qiymətləndirilməsində özünəməxsus is-
tinad nöqtəsi olmuşdu.
Səfəvilər sülaləsi dövründə miniatür sənəti, onun dünyada məşhur olan, xalçaçılıq sənətinə,
xüsusən süjetli xalçaçılığa möhtəşəm təsir göstərmiş klassik Təbriz məktəbi xüsusi vüsətlə inkişaf
edir. Təbrizdə saray xalça emalatxanaları fəaliyyət göstərir, burada xalça ustaları peşəkar miniatürçü-
rəssamlarla birlikdə mürəkkəb kompozisiyalı xalça eskizləri tərtib edirdilər.
Sənətşünaslıq doktoru R.Tağıyevanın “Azərbaycanın süjetli xalçaları” kita-
bında bu barədə ətraflı məlumat verilmişdir.
Həmin dövrün bizə gəlib çatmış üç min xalça sənəti nümunəsindən iki yüzü
əsl şah əsər hesab edilməklə, Milanda Poldi Petsolli, Nyu-Yorkda “Metropo-
liten”, Paris Dekorativ Sənət, Budapeşt və Vyanada Tətbiqi - Sənət, Londonda
Viktoriya və Albert muzeylərində, Klarens Moski və s. şəxsi kolleksiyalarında
saxlanılır.
Klassikdən sonrakı keçid dövründə XVII-XVIII əsrlərdə süjetli-te-
matik xalçalarda realistik motivlərin güclənməsi meyli hiss olunur,
lakin burada üslüb dəqiqliyi yoxdur.
Ustaların dünyagörüşündə dekorativ sənətin klassik formaları hələ də
yaşamaqdadır. Diqqətçəkən digər məqam isə Şimali və CənubiAzərbaycanda
lokal xalçaçılıq məktəblərinin yaranmasıdır ki, onlar da xalçaçılıq sənətində
yeni üslub istiqamətləri axtarmağa başlayırlar. Bakıda, Şirvanda, Qubada,
Xalça. İpək. Xovlu. 293x201.
1800-cü il. Təbriz qrupu. Azərbaycan
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...204