120
nümunələr arasında (şəkil 9-12) başqa fiqurla-
ra da rast gəlinir. Amma bu parçalar çox kiçik
olduğuna görə onun sxemi haqqında bir fikir
yürütmək çətindir. Rəngləri qatı və tünddür.
Orda səkkizə qədər rəng çalarından istifadə
edilməsinə baxmayaraq, rənglər arasındakı fərq
ölçülüdür. Bu da bir rəngin açıq çalarından olan
bir elementi eyni rəngin daha tünd çalarından
olan bir yerlik üzərində istifadə etmək arzu-
sundan irəli gəlir. Tünd-qırmızı yerlik üzərində
açıq-qırmızı, mavi-yaşıl üzərində zeytunu yaşıl,
tünd-göy fon üzərində mavi rəng sevilən rəng
kombinasıyalarından sayılır. Xüsusilə iri ölçülü
xalıların kənarına yazılan Kufi yazıları da çox
güclü təsir oyadan amillərdəndir.
Uzağı XIV əsrdən etibarən Konya qrupu ilə pa-
ralel olaraq ikinci bir qrup damövcud olmuşdur.
Bunların əsilləri (orijinalları) yalnız bu yaxınlar-
da köhnə Qahirədə aşkar edilən nümunələrin
arasından çıxmışdır (şəkil 18-19). Həmin tarixə
qədər biz bu çeşiddən olan xalçaları sadəcə
Qərb, xüsusən də italyan rəsmlərindən tanıyır-
dıq. İncilin Təbşir, Məryəmin nişanı və ya digər
səhnələrini təsvir edən tablolarda bu xalılar ya
Məryəmin taxtını, ya da fonu bəzəyirdi (şəkil 13-
17 a, 20). Bu çeşiddən olan xalçaların hamısında
yerlik kiçik dördbucaqlılara bölünmüşdür. Yal-
nız bəzilərində, xüsusən ilk nümunələrdə uzun-
lamasına altıbucaqlardan ibarət romb təsvirləri
görünür. Hər dördbucaqlının və ya altıbu-
caqlının içində eyni şəkildə bir heyvan təsviri
yerləşdirilmişdir. XIV əsrin əvvəllərində Siyena
və Florensiya məktəbinin rəsmlərində heraldika
şəklində təsvir edilmiş qartal şəkilləri olan xal-
çalara rast gəlinir (şəkil 13). Hətta bir yerdə iki-
başlı qartal da görünür (şəkil 14). XIV əsrin ikinci
yarısına aid olan tablolarda ən çox sevilən daha
bir motiv, bir ağacın iki tərəfində çox məharətlə
təsvir edilmiş bir cüt quş şəklidir (şəkil 15). İki
ağac arasında təsvir edilən bir quş isə, çox gü-
man ki, rəssamın səhvinin nəticəsidir (şəkil
16). Dördbucaqlıların içində tək quş və xoruz
təsvirləri olan xalçalar isə gerçək modellərdən
alınmış olmalıdır (şəkil 17-18). Belə bir xalça
Papanın Avinyondakı qəsrində aşkar edilmiş
bir freskada təsvir edilmişdir (şəkil 20). Bu həm
də İkinci İohannın, üzərində quş təsvirləri olan
xalçasını çox sevməsi və onu həmişə öz yanın-
da saxlaması ilə bağlı olan və hələ XIV əsrdən
məşhur olan rəvayətlə də tam uyğun gəlir.
Bəlkə də, freskada təsvir edilən xalça elə Papa-
nın həmin sevimli xalçası idi. Eyni zamanda
kvadratlarında quş deyil, dördayaqlı heyvan
şəkilləri təsvir edilmiş xalçalar da var. Bu cür
təsvirlərlə bəzədilmiş xalçalara XIV əsrdən baş-
layaraq XV əsrə qədər olan dövrün mirasların-
da rast gəlmək olar. Qalan xalçalar haqqında isə
aşağıda bəhs edəcəyik. Bu xalçaların Anadolu-
dan idxal edilməsinə heç kimin şübhəsi yox-
dur. Aydın məsələdir ki, bunların toxunması
ilə ixrac edilmələri arasında müəyyən bir vaxt
keçib. “Heyvan təsvirli Anadolu xalçaları” ad-
landıra biləcəyimiz bu növdən olan xalçaların
XIV əsrin əvvəllərindəki rəsm əsərlərində təsvir
edilə bilməsi üçün bu çeşiddən olan toxuculuq
məmulatlarının Anadoluda çox-çox əvvəllər
hazırlanması zəruri idi. Bu halda heyvan
təsvirli Anadolu xalçalarının tarixinin XIII əsrin
əvvəllərinə aid etmək olar. Beləliklə, heyvan
Şəkil 15
Şəkil 16
Şəkil 17
1...,112,113,114,115,116,117,118,119,120,121 123,124,125,126,127,128,129,130,131,132,...148