119
sayı isə 100-dən ar-
tıqdır, - hələ nüma-
yiş etdirilməmişdir.
İsveçdə
saxlanı-
lan 29 nümunədən
7-si Konya xalçaları qrupuna daxildir. (şəkil
9-12). Bunlardan bəziləri Konya xalçaları-
na aid elementləri ilə, bəziləri isə özlərində
yeni elementlər ehtiva etməklə Səlcuqlar
dövründəki Anadolu xalçaları haqqında olan
məlumatları son dərəcə zənginləşdirirlər.
Həmçinin, bu xalçalar Konyadakı Əlaəddin
camesi qrupunun XIV əsrədək mövcud oldu-
ğunu göstərir. Bunu daha əvvəl Beyşehirdəki
Əşrəfoğlu məscidindən tapılan 3 nümunə də
təsdiqləmişdi (şəkil 6a-8). Bu nümunələr indi
Konya muzeyindədir
4
. Əşrəfoğlu camesi 1296-
97-ci illərdə inşa edildiyinə görə orada olan xal-
çalar üçün əlimizdə müəyyən istinad materialı
var. O məscidə daha əvvəlki illərdə toxunmuş
köhnə və aşınmış xalçaların döşənməsi ehtimalı
çox azdır. Bu xalçaların uzağı XIII əsrin ortala-
rında toxunduğunu söyləmək mümkündür. Bu,
XIII əsrin sonu da ola bilər. Hətta, bəlkə, daha
sonrakı illərdə toxunmuşlar. İri nümunələrdən
biri eynilə Konya xalçalarını xatırladır (şəkil 6a),
başqa birisi, uzunluğu 5 metr olan digər xalça-
nın üzərində Konya xalçalarında görünməyən
bitki motivləri var (şəkil 7). Daha kiçik ölçülü iki
nümunədən biri, üzərində kiçik romb təsvirləri
olan xalça, güman ki, XIV əsrin əvvəllərində to-
xunmuşdur (şəkil 8); Əlaəddin Camesindəki bir
xalça ilə rəng baxımından ciddi oxşarlığı var.
Kiçik kvadrat təsvirlərindən ibarət olan 4-cü
eksponat Konya xalçaları qrupuna şamil edilə
bilməz. Bu xalıda sonrakı dövrlərə aid olan Hol-
bein xalçalarında rastlaşdığımız təsvirlərin ilk
nümunələrini görürük. Buna görə də yazının
başqa bir yerində bundan ayrıca bəhs edəcəyik
(şəkil 66).
Beləliklə, Konya xalçaları 15-i müəyyən
fraqmentlərdən ibarət olmaqla 18 nümunədən
ibarətolanbirqruptəşkil edir.Bunlardan8-iKon-
yadakı Əlaəddin camesindən, 3-ü Beyşehirdə
Əşrəfoğlu camesindən, 7-si isəKöhnəQahirədən
(Fustatdan) gəlmədir. Anadolu məscidlərində
başqa nümunələrin tapılması ehtimalı çox azdır.
Misirdəki nümunələr arasında başqalarının da
tapılması mümkündür. Misirdəki nümunələr
xovlarına görə Əlaəddin camesinin xalçaların-
dan daha incədir. Bunlar, hər halda, kiçik xalça-
lara aiddirlər. İri ölçülü xalçalara yalnızAnadolu
camelərində rast gəlinir (Konyada 5, Beyşehirdə
2 belə nümunə var). Ən böyüyünün sahəsi
təqribən 15 kvadratmetrdir. Çox güman ki, bu
iri xalçalar ixrac edilmirdi. Beyşehirdəkilərdən
biri istisna olmaqla, nümunələrin hamısındakı
təsvirlər dəqiq həndəsi fiqurlardan ibarətdir.
Ən çox nəzərə çarpanları dəyişkən, nizamsız
bir sırayla düzülmüş səkkizbucaqlılar, ulduzlar
və kiçik bölgülü romb təsvirləridir. Fustatdakı
Şəkil 11
Şəkil 12
Şəkil 13
Şəkil 14
1...,111,112,113,114,115,116,117,118,119,120 122,123,124,125,126,127,128,129,130,131,...148