121
təsvirli Anadolu xalçalarının Konya qrupu ilə,
xüsusilə onun son nümunələri ilə həmyaşıd ol-
duqları bəlli olur. Amma, hər halda, bunlar Kon-
yada istehsal edilməmişlər. Konya xalçalarının
toxunduğu mərkəzlər Konya, Aksaray, Kayseri
və Sivasdır. Yəni Orta Anadolu bölgəsidir. Hey-
van təsvirli Anadolu xalçalarının isə Qərbi Ana-
doluda emal edildiyini düşünmək olar. Amma
məsələ burasındadır ki, bu təqdirdə onların
XIII əsrin əvvəllərində toxunması iddiası tarixi
gerçəkliklərə uyğun gəlməz. Çünki o təqdirdə
haqqında danışdığımız Qərbi Anadolu bölgəsi
Bizans ölkəsi ərazisinə daxil idi. Həqiqətən
də, bu xalıları bəzəyən təsvirlərdə Bizans qu-
maşlarının təsirini görməmək mümkün deyil
(şəkil 21-22). Bizansla Anadolu səlcuqlarının
bir-biri ilə yaxın münasibətlərini nəzərə alsaq,
burda təəccüblü bir şey də yoxdur. Bir azdan
haqqında danışacağımız bu xalçalar yun, rəng
texnikası, xov baxımından daha sonrakı dövrə
aid olan Berqama xalçaları ilə oxşar cəhətlərə
malikdir. Mən bəzi tədqiqatçıların bu xalçaların
Şərqi Anadoludan olan köçərilər tərəfindən to-
xunması ilə bağlı irəli sürdükləri fikirləri
5
qəbul
etmirəm. Əvvəla, bunların köçərilər tərəfindən
toxunmadığını sübuta yetirən faktlardan biri
onların arasında Konya xalçaları böyüklüyündə
xalçaların olması amilidir. Bunu bir azdan daha
bir faktla əsaslandıracağam. Bu toxuculuq
məmulatlarının İtaliyada belə erkən bir dövrdə,
həm də zəngin bir şəkildə üzə çıxması, Bizans
incəsənəti ilə bu yaxınlığı da həmin xalçaların
Şərqi Anadoluda toxunmadıqlarına bir sübut-
dur.
XIV əsrə aid olan Qərb rəsmlərində başqa xal-
ça təsvirlərinə də rast gəlinir. Amma bunların
bölgüləri bir qədər fərqlidir. Onlar da dördbu-
caqlara bölünmüşdür. Amma bu dördbucaqla-
rın içində şəkillər deyil, həndəsi fiqurlar təsvir
edilmişdir (şəkil 23) ki, bu da bir növ, daha
sonrakı “Holbein xalçaları”nın ilk mərhələsini
təşkil edir. Bunların vətənini Berqama və Uşak
bölgələrində axtarmalıyıq. Heyvan təsvirli
Anadolu xalçaları ilə Holbein xalçalarının
öncüllərindən olan bu xalçalar bir-birlərinə çox
oxşardır. Bu da birincilərin Qərbi Anadoluda to-
xunmasına daha bir sübut sayıla bilər.
Bu halda Anadoluda xovlu xalçaların is-
tehsal tarixinin XIII əsrdən başlandığını
deyə bilərik. Bu əsrin tipik xalçalarının ən
mükəmməl nümunələri Konyadan tapıldığı
üçün onları “Konya xalçaları” adlandırırlar. Bu
məmulatların bu cür adlandırılması, sadəcə, aş-
kar edildikləri yeri göstərən bir etiket sayılma-
Şəkil 18
Şəkil 19
Şəkil 20
1...,113,114,115,116,117,118,119,120,121,122 124,125,126,127,128,129,130,131,132,133,...148