125
bəlkə də, eyni emalatxanalarda hazırlandığını
ehtimal etmək olar.
27-ci şəkildə göstərilən 3-cü tipdə fiqur və
təsvirlərin çox dəqiq sıralanması əvəzinə,
iri dördbucaqlıların bir-birini bəsit şəkildə
əvəzləməsi nəzərə çarpır. Bu dördbucaqların
yastı içliyi səkkizbucaqlı əmələ gətirir, onların
içində isə daha bir səkkizbucaqlı təsvir edilmiş-
dir. Hər iki dördbucaqlı eyni ölçüdədir. Bunlar
bir-birlərindən və xalçanın haşiyəsindən bir zo-
laqla ayrılmışlar. Xalça kompozisiya baxımın-
dan XIV əsrə aid olan heyvan təsvirli Anadolu
xalçaları ilə bir eyniyyət təşkil edir. Şübhəsiz,
3-cü tipdən olan xalçalar, haqqında danışılan
xalçaların sonrakı nəslidir. Qərb rəssamlarının
əsərlərində bəzən eninə toxunmuş, iki dord-
bucaqlısı olan xalça təsvirlərinə də rast gəlinir.
Amma mənim bildiyimə görə, bunların orijinal
nüsxəsi yoxdur.
28-ci şəkildə gördüyümüz, üzərində böyük
dördbucaqlılarla bərabər, kiçik dördbucaqlılar
da təsvir edilmiş 4-cü tip xalçalar isə 3-cü tip
xalçaların bir növüdür. Ortada böyük bir dörd-
bucaqlı, yuxarıda və aşağıda kiçik ölçülü qoşa
dördbucaqlıdan ibarət sxem bu xalçaların ən
çox rast gəlinən şəklidir. 1-ci və 2-ci tip xalça-
larda müşahidə olunan eyni fiqurların ardıcıl,
müəyyən qaydayla sıralanması prinsipi bu dü-
zülüş növündə artıq pozulmuş, ona tamamilə
zidd olan bir toxuculuq kompozisiyası meyda-
na çıxmışdır. Bu texnikanın nümunələrinə yeni
Berqama xalçalarında tez-tez rast gəlinir (şəkil
28a). 3-cü və 4-cü tip xalçaların istər nümunələri
baxımından, istərsə də rəng və toxuculuq tex-
nikası baxımından 1-ci və 2-ci tiplərdən fərqli
olduqlarını, digər tərəfdən Berqama zonasının
daha yeni xalçalarına çox yaxın olmasını nəzərə
alsaq, bunları da həmin kateqoriyaya aid etmək
Şəkil 27
Şəkil 26
Şəkil 28
1...,117,118,119,120,121,122,123,124,125,126 128,129,130,131,132,133,134,135,136,137,...148