65
YAPRAK (yarpaq)
Türkiyə naxış sənətində işlədilən və daha çox Təbriz üslubuna yaxın olan formalardır. Yapraklar
(yarpaqlar) istər Azərbaycanda, istərsə də Türkiyə incəsənətində müxtəlif formalarda tətbiq edilmiş-
dir. Dr. S. T. Bakır öz kitabında yarpaqları daha dəqiq təsnif etmiş, onları XV – XVI əsrlərdə Osmanlı
sarayında çalışan Şahqulu (sarayın baş rəssamı, Təbrizdən olan azərbaycanlı) tərəfindən yaradıldığını
qeyd etməklə, həmin yarpaqların “saz yolu” üslubunda olduğunu vurğulayır (26, səh. 194). O dövrdən
etibarən, sadə, mürəkkəb, dişli, saçaqlı, kənarları dilikli, qıvrım, daxili bəzəkli yarpaqlar incəsənətin
müxtəlif sahələrinə daxil edilmişdir.
Dr. S. T. Bakırın yazdığına görə, Osmanlı dövrü keramika sənətində iki yarpaq forması daha çox
məşhur olmuşdur; bunlardan biri başdan-başa kənarları qıvrılmış “Sırtlı saz yapraklar”, digəri isə “Da-
marlı saz yapraklar” adlanmışdır (27, səh. 194).
BULUT (bulud)
Azərbaycan, İran, Türkiyə incəsənətində çox geniş yayılmışdır. Professor C.E.Arseven bulud
motivlərini yığcam əjdaha formalarına bənzədir (28, səh. 203).
Türkiyənin bəzi sənət tarixçiləri buludu əjdahanın ağzından çıxan oda və yaxud buxara bənzədir.
Türkiyədə bulud motivi II Bəyazidin vaxtında daha geniş təşəkkül tapmışdır (29, səh. 204).
Gülbenkyan, kolleksiyasında İznik çinilərini araşdıran Dr.S.T.Bakırın öz kitabındakı 3 növ bulud for-
masından bəhs edir. Onlardan biri bir-birinin üstünə yığılmış “yığma bulud”lardır. Onun fikrincə, mi-
niatür sənətində “yığma buludlar” sahədəki boşluqları doldurmaq üçündür. “Stilizə buludlar” isə “S”
vari bulud motividir, bir yığın qıvrılmış motivlər şəklində, yəni əjdaha formasına bənzər formalarda
əksini tapır.
Tədqiqatçının fikrincə, orta bağ və təpəlik rumi üslubunda olduğu kimi, orta bağ bulud formaları da
kol formasında olur, bir-birinin üzərində yerləşərək ayı xatırladan qapalı bir forma alır. Onun daxilində,
yəni orta hissəsində isə 2 saplaq yuxarı və 2 saplaq da aşağıya doğru istiqamətlənir (30, səh. 205- 206).
Osmanlı dövrü incəsənətində işlədilən naxışlardan biri əslində inciçiçəyini xatırladan, lakin Türkiyə
sənətçilərinin “sünbül” adlandırdıqları süsən, zanbaq, yenə də qərənfilə oxşar, lakin “kokulu menekşe”,
“ayn- i səfa”, xalq arasında isə “nərgiz” adlanan nəbati naxışdır.
Türkiyənin Osmanlı dövrü nəbati naxış ənənələrinin ən yüksək zirvəsini iki motiv təşkil edir. Bun-
lardan biri lalə, ikincisi isə qərənfildir. Əgər yuxarıda adları çəkilən naxışların əksəriyyəti Azərbaycanın
Təbriz naxış məktəbindən qaynaqlanmış və onun təsiri ilə yaranmışdırsa, bu iki nəbati motiv Türkiyə
naxış sənətinin ən yüksək zirvəsini təşkil edir. Bu naxışların tətbiq edildiyi nümunələr dünya
incəsənətinin misilsiz sənət əsərləridir. "Lalə" və "qərənfil" sırf Osmanlı dövrü incəsənətinin səciyyəvi
xüsusiyyətləridir.
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...148