64
çiçəyi hissə-hissə təsvir edir. Yəni bu motivin toxumlarını daşıyan kisəcik, saplaq və yarpaqların
birləşdiyi kiçik bir başlanğıc nöqtə, çanaq, tac yarpaqlarından ibarət olduğunu söyləyir. Müəllifə
görə, bu motivin çəkilişində, ilk növbədə, motivin xarici konturlarını yaradan dairə və ovalın içində
çoxluqla alt toxumların yerləşdiyi kisə başlıca rol oynayır (24, səh. 188).
PENÇ (beşləçəkli)
Türkiyə incəsənətində geniş yayılan nəbati naxışdır. “Penç” yuxarıdan görünüşə malikdir.
“Penç” “pençberq” – fars sözündən götürülüb, tərcümədə “beşləçəkli” deməkdir. C.E.Arsevenə
görə, “Penç” motivinin “se berk” (üçlü yaprak), “çihar berk” (dördlü yaprak), “şeş berk” (altılı yap-
rak) kimi növləri vardır (25, səh. 191).
Dr. S.T.Bakır “Penç” motivlərinin təpədən görünüşlü olsa da, dairə əsasında qurulduğunu, yar-
paqların çəkiliş formasının “çərxi-fələk” adlandığını qeyd edir.
GONCA (qönçə)
Türk tədqiqatçıları “Hatayi” və “Penç” motivləri ilə bərabər, kompozisiyalarda yardımçı mo-
tiv rolunu oynayan “qönçəgül” adlı naxışlardan da istifadə olunduğunu qeyd edirlər. “Qönçəgül”
çanaq qismi (Azərbaycanda "çiçək yatağı" adlanır), toxum kisəsi, tac və çanaq yarpaqlarından
(ləçəklərdən) əmələ gəlir. Qönçələrin mütləq ağaca və yaxud da ağacların budaqlarına yapışan
hissəsinə “saplaq” deyilir.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...148