66
LALE (lalə)
Dr. S.T.Bakır lalə və qərənfilə dair çox mühüm araşdırmalar aparmış, lalə motivinin XVI əsrdən
də əvvəl türk mədəniyyətində məlum olduğunu, həmçinin, Anadoluda Səlcuqlar dövründə bağ
çiçəyi kimi yetişdirildiyini qeyd edir. Müəllif Yıldız Demirize istinadən bu çiçəyin Qərbə məhz os-
manlılar tərəfindən 1550-ci illərdən tanıdıldığını deyir. Bu naxış XVIII əsrdə - III Sultan Əhmədin
hakimiyyəti illərində daha geniş tətbiq olunduğuna görə həmin dövr “Lalə dövrü” adlanmışdır
(31, səh. 206). Bu naxışın yayılma arealını izah edən Cəlal Arseven özünün sənət ensiklopediyasının
“Lalə” bölümündə yazır: “Allah kelimesiyle ayni harfleri bünyesinde taşıdığı bilinir. Bundan dolayı-
dır ki, cami, mezar taşları ve türbe gibi dini eserlerin süslenmesinde lale motifine sık rastlanır” (32,
səh. 206).
KARANFİL (qərənfil)
Osmanlı dövrü Türkiyə dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində “karanfil çiçeği” adlanan
motiv tətbiq edilmişdir. Bu motiv incəsənətdə, əsasən, ön və yan görünüşlü olur, qönçə və yaxud da
tamamilə açılmış formada tətbiq edilir. Bu motivin gövdəsi, yəni çiçək yatağı bir, iki və bəzən də üç
hissədən ibarət olur, formaca üç ləçəkdən ibarətdir. Onun yuxarıya doğru istiqamətlənən yarpaq və
ya ləçək hissələri üç, dörd dilikli və ya büzmə formasındadır.
Mülahizələrimizi yekunlaşdıraraq qeyd edək ki, orta əsr Türkiyə və Azərbaycan dekorativ
sənətində geniş yayılan nəbati naxışlı elementlər yeni üslubun ən bariz xüsusiyyətlərini özündə əks
etdirməklə, hər iki ölkənin incəsənətinin zənginləşməsinə güclü təsir göstərmişdir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...148