59
İSLİMİ
Lətif Kərimova görə, qədim qamuslarda “İslimi”nin adı “Selmi” kimi verilmişdir. O, Tehranda
çap olunmuş (XX əsr) “Nəqşi-Neqar” jurnalına istinad edərək yazır ki, bir dəfə İmam Əli rəssamları
öz başına yığıb deyir ki, “bu gündən canlıların təsvirini çəkmək olmaz. Çünki bu, Allahla yarışa
girmək deməkdir” və özü dalğalı bir dairə çəkib onun sonuna əyilmiş bir yarpaq əlavə etdi ki, bu da
bütün müsəlman rəssamlarının yaradıcılığının əsasını təşkil etdi (8, səh. 71-76).
Lətif Kərimov həmin kitabda (9, səh.75-76) “İslimi”ləri forma etibarilə “sadə islimi”, “qanadlı
islimi”, “haçalı islimi”, “butalı islimi”, “hörmə islimi” və “islimibəndlik” kimi 6 növə bölür, onların
tətbiq olunduğu xalça və memarlıq abidələrinin rəsmlərini nümunə göstərir.
XƏTAİ
K.Əliyeva “Xətai”nin “İslimi”dən yarandığını, lakin ondan fərqini qeyd edərək, bu elementin
2 kontur xəttinə malik olmasını və daha plastik formalarda, o cümlədən yarıəyilmiş yarpaq, çiçək,
quş, buynuz, budaq, qılınc və ya qəmə (silah növü) forması almasını və ən əsas elementin daxi-
li səthinin gül-çiçəklə bəzənməsini onun əsas əlamətlərindən hesab edir. Bundan əlavə, tədqiqatçı
əsas fərqli əlamət kimi “İslimi”nin bir, “Xətai”nin isə 2, bəzən 3 tərəfdən birləşmə imkanı olduğunu
nəzərə çatdırır (10, səh. 53-55).
VAĞ-VAĞI
Rəvayətə görə, “Vağ-vağı” Hindistanda bitən əfsanəvi bir ağac növüdür. Onun meyvələri insan
və ya heyvan başlarına bənzəyir, yarpaqları səhər açılır, axşam tökülür. Yaxın vaxta qədər bu ağaca
“danışan ağac” da deyilirmiş. Lətif Kərimov “Milli tətəbbölər” məcmuəsinə istinad edərək yazır ki,
Makedoniyalı İsgəndər həmin ağacı görmək üçün Hindistandakı “Vağ-vağı” adasına gedir. Bu ada-
da çarın qızı yaşayırmış. Burada meyvələr bir-biri ilə danışırmış. Qədim mifik təsəvvürlərlə bağlı
olan bu ağac haqqında rəvayətlərdə də məlumat verilir (11, səh.92-93). Məsələn, hind nağıllarında
qalın meşələrdə bir ağaca yaxınlaşan heyvan və ya insanları qanadları vasitəsilə özünə tərəf çəkərək
sıxıb öldürən, meyvələri gülən adam və heyvan başlarına bənzər qəribə ağaclar haqqında məlumat
vardır. Azərbaycan incəsənətində adı çəkilən həmin ağac üzərində heyvan və insan başları şəklində
təsvir edilən vağ-vağılar çox zaman hələzunlarda (spirallar) çiçəklərlə və yarpaqlarla bərabər təsvir
edilir.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...148