60
ƏFŞAN
“Əfşan” əslində kompozisiya adıdır. Mənasına gəlincə isə, tabağa və masaya səpələnmiş,
çəməndə bitən çiçəklərə deyilir. Sadiq bəy Əfşarın risaləsində adını çəkdiyi “puta” adlı naxışa
gəlincə isə, qeyd etmək lazımdır ki, o Azərbaycan ornament sənətində geniş yayılmış hələzunlara,
spirallara işarədir. “Əfşan” kompozisiyasını spiralsız təsəvvür etmək mümkün deyil. Belə ki, orta
əsr Azərbaycan incəsənətinin bütün sahələrində, o cümlədən zərgərlik, bədii metal, xalça, parça
və monumental memarlıq bəzəklərində, bir qayda olaraq, kiçik və böyük həcmli gül-çiçək, yarpaq
təsvirləri məhz spiralların üzərində onun perimetri boyunca yerləşdirilirdi (12, səh. 104-105).
AĞAC - GÜLDANDA GÜL
İntibah dövründəAvropa incəsənətində olduğu kimi, Azərbaycan incəsənətində də “ağac” təsviri
və ya da tək çiçəklənən ağac, bir də güldandan aşıb-daşan gül-çiçək rəsmləri geniş yayılmışdır. Bu
təsvirlərə memarlıqda (gəc bəzəklərində), xalçalarda və tikmələrdə daha çox təsadüf edilir. Belə
ağaclar müqəddəs hesab edilir və mehrab içərisində “həyat ağacı” və ya “müqəddəs ağac” adlanır.
Həmin ağacın aşağı ətrafında çəmənlik, sağında və solunda həyat rəmzi kimi otlayan quzu, keçi və
ya maral təsvirləri verilir. Ağacın başında mütləq şəkildə yer alan quş rəsmləri səmanı simvolizə
edir.
BƏNDİ-RUMİ
Sadiq bəy Əfşar risaləsində “Bəndi-rumi”ni naxışın bir növü adlandırır (13, səh. 73). Lətif Kərimov
isə, onu kompozisiya növü kimi təqdim edir, hətta “bənd” sözünün İran xalçaçıları tərəfindən
“qıfılgah”la əvəzlənməsi haqqında da məlumat verir. Bu kompozisiyanın romblara bölünmüş bü-
tün sahələri müxtəlif ornamentlərlə, o cümlədən nəbati və həndəsi naxışlarla doldurulur. K.Əliyeva
“Bəndi-rumi” kompozisiyası üzərində qurulmuş “Şah Abbası” gəbələrinin Vyanada saxlanılan bir
fraqmentindən danışarkən qeyd edir ki, bu gəbənin torlarının mərkəzini böyük palmet naxışları,
incə çiçəklərlə örtülmüş budaqlar, o cümlədən ərik, nar və alma ağaclarının budaqları bəzəyir və bu
budaqların bir-birinə dolaşmasından sanki mehrab formaları yaranır. Ledi Beyli kolleksiyasından
alınan “Şah Abbası” xalısından danışan müəllif xalçanın ara sahəsinin lalə, nar, zanbaq çiçəkləri ilə
bəzənməsi haqqında məlumat verir (14, səh.76).
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...148