63
Lakin türk arxeoloqu Cahidə Keşkinərin əldə etdiyi nəticələrə görə, heyvan, əsasən də canavar fi-
qurlarının kənarında işlənmiş ən qədim “Rumi”lər tarixən uyğur türkləri ilə bağlıdır və IX-X əsrlərə
aiddir. (21, səh. 5).
Doktor Sitarə Turan Bakır özünün “İznik çinileri ve Gülbenkyan koleksiyonu” kitabında
Türkiyənin bütün dekorativ-tətbiqi sənət sahələri, o cümlədən çinilərdə tətbiq olunan ornament
ünsürləri haqqında geniş, hərtərəfli məlumat vermişdir. Müəllif “Rumi” motivlərini iki növə ayı-
rır; bu təsnifat müəyyən qədər Lətif Kərimovun “İslimi”lər haqda verdiyi təsnifata bənzəyir. Onlar
aşağıdakılardır:
a) “Düz rumilər”;
b) “Qanadlı rumilər”.
Sonra isə müəllif bu təsnifatı davam etdirmədən, sadəcə olaraq, “düz rumiləri” “simmetrik düz
rumi”, qanadlı rumiləri isə “ikiqanadlı rumi” və “simmetrik qanadlı rumi” (sencide) kimi növlərə
bölür. Cahidə Keşkinərin qrafik formada çəkilmiş “canavar” rəsminin stilizə edilmiş formasına
əlavə edilmiş “Rumi”ləri də “qanadlı rumi”yə bənzər əjdaha kimi təqdim edir.
Bundan əlavə, doktor S.T.Bakır həmin bu “Rumi”ləri “orta bağ motiv”i rumi kompozisiyasına
görə hissələrə ayırır və yenə də yeni adlarla adlandırır. “Orta bağ motivi” adlanan “Rumi”lərin
saplarının bağlantı nöqtələrinin simmetrik formada ətrafa doğru yönəlməsini və bir növ yeni üç
ləçəkli nəbati naxış əmələ gətirməsini də “Rumi”lər sırasına daxil edir. Halbuki, orta əsr Azərbaycan
incəsənətində belə naxışlar – "başlıq" və yaxud "qubba" adlanmış, ayrıca, müstəqil naxış elementi
hesab edilmişdir. Doktor S.T.Bakırın kitabında isə məşhur sənət tarixçisi C.E.Arsevenə istinadən,
onların "bağlac formalı hatayi" olduğu, böyük ölçülü, çoxləçəkli zanbaq və ya palmetin forması kimi
qeyd edilir.
Orta əsr Azərbaycan incəsənətində geniş yayılan başlıq formaları türk tədqiqatçıları tərəfindən
“təpəlik” adlandırılır. (22, səh. 197-199).
Nəzərinizə çatdırmaq istəyirik ki, Dr. S.T.Bakırın kitabında orta əsr Azərbaycan incəsənətinin bü-
tün sahələrində (keramika, xalça, zərgərlik) “Xətai” adı ilə tanınan, xüsusən də, orta əsr Özbəkistan
memarlığında (Guri-Əmir və Şeyxi-Zinda) tətbiq olunan naxışlar da “Rumi”lər sırasına aid edil-
mişdir. Məsələn, Azərbaycanda öz formasına görə “hörmə islimilər” adlanan bəzəklər bu kitabda
“sarılma rumilər”, “içi bezeli rumilər” adlandırılmışdır. Daxili sahəsi gül-çiçəklə bəzənən “Xətai”lər
isə “sərbəst motivli bezeli rumilər” adlandırılmışdır.
Beləliklə, “Rumi”lər haqqında danışarkən, qeyd etmək lazımdır ki, bu elementlər Azərbaycanın
“İslimi”sidir, türklər onu “Rumi” adlandırmışlar.
HATAYİ
Türkiyənin XVI əsrin II yarısına aid memarlıq sənətində daha çox tətbiq edilən naxış elementlə­
rindən biridir. Palmet və ya çoxləçəkli çiçək formasında olduğuhalda, Türkiyə tədqiqatçıları ona “Ha-
tayi” adı vermişlər. Bu motivin OrtaAsiyada yarandığı, adının isə Çin Türküstanındakı hatayilərdən
alındığı bildirilir. İnci Birol - Çiçek Dermanın araşdırmalarına görə, bu naxış Teymurilər dövründə
Heratdakı sənətkar emalatxanalarında yaranan əsərlərdə tətbiq olunmuşdur. Tarixi faktlara görə,
emalatxanada çalışan Qiyasəddin adlı bir sənətkar “Hatayi” motivini öyrənmək məqsədilə Baysun-
qur tərəfindən Çin Türküstanına göndərilmiş, həmin motivə də “Hatayi” adı verilmişdir (23, səh.
200-201).
Dr. S.T.Bakır öz kitabında bu elementi aydınlaşdırarkən, onun əsasən nəbati motivli “Şakayık”
(pion), gül, nar çiçəyi kimi çiçəklərin stilizə edilmiş forması olduğunu qeyd edir. Alim qeyd edir
ki, Osmanlı dövründə, yəni XV-XVI əsrlərdə “Hatayi” motivləri çox geniş yayılmışdır. Müəllif bu
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...148