62
korativ formasına uyğun olaraq üst görünüşlü, yarpaqların əksəriyyətinin həm yan görünüşlü, həm
də ön görünüşlü formada təsvir edilməsidir. Kompozisiyaya gəlincə, bütün bu elementlər qədim və
ilk orta əsrlərdə sadə formada kvadratlarda bir-birinin arxasınca yerləşdirilirdisə, Səfəvilər dövründə
həmin kvadratlar klassik ənənəyə əsaslanaraq saxlanılır, lakin onların daxili səthi hələzunlarla
doldurulur. Nəbati naxışlar və yarpaqlar məhz bu hələzunların üzərində yerləşdirilir. Azərbaycan
incəsənətində hələzunların iki növü mövcuddur. Lətif Kərimov ilk dəfə bu hələzunların həndəsədə
qəbul olunmuş, yəni mərkəzi nöqtədən kənara doğru hərəkət edən spiralların əksinə olaraq
kənarlardan mərkəzə doğru hərəkətinin bir kanon olduğunu müəyyən etmişdir (18, səh.104-105).
K.Əliyevanın tədqiqatına görə isə, həmin kvadratlarda yerləşdirilən klassik bölüm, yəni naxışların
təkrarı XV-XVI əsrlərin kvadrat quruluşu saxlanılır. Əsas element həmin qalın erkək hələzunlardır
ki, onların üzərində irihəcmli palmetlər, palmet qönçələri, yarpaqlar yerləşdirilir. Dişi hələzunlar
isə tük kimi nazik olub, erkək hələzunların bir növ arxa planında yerləşdirilərək onların üzərində
ən incə, kiçik çəmənlik və ya baharda çiçəkləyən meyvə ağaclarının gülləri yerləşdirilir. Başqa sözlə,
alimin dediyinə görə, qalın erkək hələzunlar ön planda nəzərəçarpacaq dərəcədə ifadəli görkəmə
malik olur, incə, nazik tük kimi dişi hələzunlar isə arxa planda yerləşərək fonu doldurur (19, səh.73).
Nəticə etibarilə qeyd etmək lazımdır ki, Azərbaycan incəsənətində tətbiq edilən nəbati naxış-
ların sayı, Sadiq Bəy Əfşarın “Qanun - əs süvər” əsərində yazdığı kimi, yeddi əsas, aparıcı naxış-
lardan ibarət olsa belə, Azərbaycan florasında mövcud olan bütün çiçəkləyən meyvə ağaclarının,
o cümlədən heyva, gilənar, gilas, alma, şaftalı, ərik, alça, nar və digər ağacların çiçəklərinin stilizə
edilmiş təsvirləri ənənəvi şəkildə tətbiq edilmişdir. Bundan əlavə, yabanı çəmən çiçəklərindən lalə,
qərənfil, itağzı, çobanyastığı, limon çiçəyi, zəfəran çiçəyi və s. Azərbaycan incəsənətinin nəbati na-
xış elementləri kimi tətbiq edilmişdir. Bu çiçəklərin əksəriyyətinin görünüşü üstdən olduğu üçün
biz onların arxa hissəsini görmürük. Pambıq qozası, sünbül, kələm, qarpız, yemiş, xiyar, pomidor
çiçəkləri, qızılgül, lalə, qərənfil, zanbaq təsvirləri isə, demək olar ki, “Avstraliya rentgen üslubuna”
əsaslanır. Yəni, biz bu çiçəklərin ortadan kəsiyini, çiçəyin gövdəsini, toxum və çiçək yatağını, yuxa-
rıya doğru istiqamətlənən “bığ”larını, bir-birinə arxalanan ləçəklərinin ortadan kəsiyinin ön planını
aydın görə bilirik.
İndi də Türkiyə incəsənətində əsrlər boyu tətbiq edilən nəbati naxış elementləri haqqında danı-
şaq:
Səlcuq dövründən başlayaraq Türkiyə incəsənətində zəngin naxış elementləri tərtib olunmuşdur.
Onların sırasında nəbati naxışlar xüsusi yer tutur. Lalə və qərənfil daha çox tətbiq olunsa da, yarpaq,
çiçək, “İslimi”, “Xətai”, “Çentamani”, “Rumi” və s. nəbati naxışların da yeri danılmazdır.
RUMİ
Səlcuqlar dövrü Türkiyə incəsənətində ən geniş yayılmış naxış elementlərindən biridir. Bu naxış-
lar, əslində, Azərbaycanın “İslimi”sinə bənzəyir. Türkiyənin məşhur alimi C.E.Arseven bu naxışın
səlcuqların Anadoluya gəlişindən sonra işləndiyini qeyd edir. Onun fikrincə, səlcuqlar Anadolu-
da yerləşəndən sonra Şərqi Roma imperatorluğu Anadolu torpaqlarını “Diyar i- Rum”, səlcuqların
özlərini isə, “Rum səlcuqlar” adlandırmışlar. Səlcuq incəsənətində yaranan bu naxış isə “Rumi”
adını almışdır (20, səh. 1714-1715 ).
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...148