61
Akant (yaxud Akantus)
Azərbaycan incəsənətində geniş yayılmış nəbati naxışlardan biri də “Akant”dır. Bu böyük, yuxarıya doğru
uzanan yarpaqlarının kənarları tikanlı bir bitkidir. Gövdəsi və çiçəyi kiçik ölçülüdür. Bir növ, Azərbaycanda
bitən qanqalı xatırladır. Ən çox memarlıqda sütun və sütun başlarında, interyerlərdə taxçalarda, bir-birinin
arxasınca düzülmüş, başları geriyə qaytarılmış formada əks olunur (15). Bu təsvirə Həmədandakı XIV-XV
əsrlərə aid Ələvilər günbəzinin interyerində tağlar arasında, Təbrizdəki Cümə məscidinin, mədrəsə binası-
nın, friz və otaqların künclərində, həmçinin sütun başlıqları üzərində rast gəlinir.
PALMET
Misir, Mesopotamiya, Şərqi Türküstan, İran, o cümlədən Orta Asiya və Azərbaycan incəsənətində ge-
niş yayılmış palmetlər ən qədim naxış formasıdır. Palmetin mərkəzi ürək formalıdır, yuxarıdan üçhissəli
ləçəyə malikdir (ona trilistik də deyilir). Stilizə edilmiş akanta və yaxud laləyə də bənzəyir. Orta Asiya
alimlərindən olan L.İ.Rempel palmetlərin forması haqqında danışarkən qeyd edir ki, onlar nəbati motivlərin
əsasını təşkil edən ürək formalı yarpaqlardır. Bu formalı naxışlar akant, üzüm yarpağı, şanagüllə və lalə də
sayıla bilər. Başqa sözlə, qədim palmetlər akantın və şanagüllənin əsasında yaranmışdır (16, səh.87-89). La-
kin işləmə zamanı palmetlər 5 və 7 ləçəkli ola bilirlər. Orta əsr Azərbaycan incəsənətində, əsasən də, Təbriz
bədii məktəbinə aid naxışlar içərisində orta hissədən kəsilmiş çoxləçəkli gül rəsminə "palmet" deyilir.
NİLUFƏR
“Nilufər” orta əsr Hindistan, İran və Azərbaycan incəsənətində geniş yayılan nəbati motivlərdəndir. O,
daha çox, memarlıq nümunələrində və orta əsr Təbriz xalçalarında tətbiq edilmiş, Sultaniyyədəki XIV əsrə
aid Olcaytu türbəsinin eyvanındakı tavan bəzəklərində, XVI-XVII əsrlərə aid Şeyx Səfi kompleksinin kaşı
bəzəkli divar naxışlarında, Bakıdakı XIV-XV əsrlərə aid Şirvanşahlar sarayının baştağında yer almışdır (17,
səh.42).
Lakin zəngin Azərbaycan florasından mümkün qədər çox bəhrələnən orta əsr rəssamları barlı və barsız
ağacların – sərv, palıd, əncir, üzüm, qoz, çinar, söyüd, sallama söyüd yarpaqlarından, nanə, reyhan, yarpız
yarpaqlarından dekorativ-tətbiqi sənətimizin ayrı-ayrı sahələrinin bədii tərtibatında geniş istifadə etmişlər.
Yuxarıda qeyd etdiyimiz kimi, həmin bitki naxışlarının formasının tanınmaz olmasının əsas səbəbi bu naxış-
ların əksəriyyətinin ortadan kəsilmiş ön görünüşlü olması, ağac çiçəklərinin isə miniatür üslubunun şərti de-
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...148