52
52
Gəncə qrupuna aid olan bu xalça Goranboy rayonunun Xanqərvənd kəndində toxunmuşdur. Belə xalçaların xovu qalın
və yolluq formasında toxunur. Onlar xalq arasında “Gəncə-buta”, “Gəncə-şəhər”, “Gəncə” adı ilə də tanınır. Bu naxışlar
Qarabağ ərazisində toxunan xalçalarla eynilik təşkil edir və orada belə xalçaları “Butalı tirmə” adlandırırlar. Ağdam rayo-
nunun Bağbanlar kəndində bu naxışlar “armudlu buta” adı ilə tanınır.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç hissə əsasında qurulmuşdur. Kiçik haşiyə zolaqları el ara-
sında “aşıq” adlandırılan çarpaz xətlərin (“x”) toxunması ilə bəzədilib. Ana haşiyə zolağı içərisində isə səkkizbucaqlı kiçik
elementlərin içərisində həndəsi formada ağac motivləri toxunub. Ara sahə büsbütün diaqonal sarı, qırmızı, ağ, sürməyi, ya-
şıl zolaqlardan toxunub. Onların üzərində isə “buta” ilə növbələşən “ağac”, aralarında isə kiçik “romb” naxışları toxunub.
Xalçanı bəzəyən naxışların hər biri formasına görə sınıq xətli həndəsi üslubdadırlar. Bunlar ümumilikdə çox zəngin este-
tik təsirə malik kompozisiya yaradırlar.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...100