53
53
Qədim zamanlarda varlı əsilzadələrin geyimlərində istifadə edilən bu növ diaqonal zolaqlı parçalar geyim sahibinin
yüksək təbəqəyə mənsub olduğuna işarə idi. İncə naxışlı ipəkdən və ya yundan əl ilə toxunmuş bu parçalar saray əyanlarına
məxsus olmuşdur. Çox ehtimal ki, bu növ dizayn karvan yolu ilə Gəncəyə daxil olan ticarət malları ilə gətirilmişdir. To-
xucuların parçadan xalçaya keçirdikləri bu kompozisiya quruluşu xalq arasında yayılıb, üzərinə isə milli naxışlardan
elementlər toxunub. Xalça Bakıda şəxsi kolleksiyada saxlanılır.
Xalçada təbii yolla alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş iplərdən istifadə edilmişdir. Ağ, qırmızı, sarı,
yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Kənar dolamasında xalçada olan rənglərdən istifadə
edilmişdir. Xalçada istifadə olunan yaşıl rəng Borçalı xalçalarında yer alan yaşıl rənglə eynilik təşkil edir. Xalçanın sıxlığı
33x45 sm-dir. Xalçanın ərişi, xovu və arğacı yundur. Xalçanın yuxarı və aşağı hissəsində az miqdarda təmir işləri aparılmış-
dır. Bərpadan sonra xalçanın görünüşü olduqca mükəmməldir. Xalça elmi, tarixi, bədii əhəmiyyət kəsb edir.
Xalça. Yun. Xovlu. 259x112. XIX əsrin əvvəlləri. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,45,46,47,48,49,50,51,52,53,54 56,57,58,59,60,61,62,63,64,65,...100