51
51
Xalçanın ara sahəsi şəkəri və sürməyi rəngli diaqonal zolaqların növbələşməsindən ibarətdir. Bütün zolaqların üzərində
eyni “buta” elementi toxunub. Bu xalçanın ara sahəsinin kompozisiyası tirmə parçalarına bənzəyir. “Buta”lar da ensiz
zolaqların üzərində düzgün ölçülərdə yerləşdirilməsi üçün onlar həndəsiləşdiriliblər. Yalnız baş və ətəyində qarmaqşəkilli
iki çıxıntı vardır. Bu bədii tərtibat ticarət yolu ilə Gəncəyə gətirilən tirmə parçaların təsirindən xalçalara keçmişdir. Belə ki,
parçaları da bəzəyən naxışlar məhz “buta”lardır. Xalça Qubada şəxsi evdə saxlanılır.
Yolluq formasında olan xalçanın xovu incədir, ərişi, arğacı yundur. Xalçada təbii yolla alınmış yeddi ‒ ağ, qırmızı, sarı,
yaşıl, sürməyi, mavi, qara rənglərdən istifadə olunmuşdur. Rənglərin ahəngdarlığı xalçaya xüsusi görkəm verməklə, onun
bədii əhəmiyyətini artırmışdır. Bu xalçanın ilmə sıxlığı 30x50 sm-dir. Xalça tarixi, elmi və bədii əhəmiyyət kəsb edir. Xalça-
nın təmir-bərpa işlərinə ehtiyacı vardır.
Xalça. Yun. Xovlu. 258x107. XIX əsrin əvvəlləri. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...100