54
54
Bu xalça Gəncə şəhərinin Şahsevən məhəlləsində toxunmuşdur. Şəhərin günbatanında, Quru Qobunun şərqində
Şahsevən məhəlləsi yerləşir. Gəncədə bu adda məscid və meydan var.  İlmə sıxlığı yüksəkdir, ipin boyaq tərkibi bitki
mənşəlidir, toxunuşu çox peşəkar səviyyədə icra edilib. İplərin rəng çaları onların Gəncədə hələ qədimdən məşhur olan
boyaqçılar məhəlləsində boyandığını göstərir. Xalçada təbii yolla alınmış yeddi ‒ ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi,
qara rənglərdən istifadə olunmuşdur. Xalça üzərində cəmləşən rənglər naxışlarda istifadə edilmə yerinə görə muncuq
düzülüşünü xatırladır. Rənglərin təbii olması, həmçinin də istifadə müddəti nəzərə alınarsa, xalçanın üzərindəki tonlar
çox isti və yumşaqdırlar. Yelən üç hissədən ibarətdir. Zolaqları bir-birindən ayıran alamuncuqlar, suların toxunuşu qü-
sursuzdur. Haşiyənin içərisini bəzəyən naxışlar həndəsi üslubdadırlar. Bu elementlərin toxunma qaydası Gəncə qrupuna
xasdır. Xalçaların bu növ incə, keyfiyyətli bədii və texnoloji baxımdan mükəmməl toxunması Gəncədə xalçaçılıq sənətinin
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...100