55
55
keçdiyi inkişaf yolunun göstəricisidir. Keçmişdə burada toxunan ipək xalçalar böyük şöhrət qazanmışdır. İstehlakçıların
zövqündən irəli gələrək xalçalarda formalaşmış bu kübar üslub hazırda da izlənməkdədir.
Xalçanın ara sahəsində olan tirmələr Qarabağda, Şirvanda və Bakıda toxunan xalçalarda da istifadə edilir. Ara sahəni
bəzəyən diaqonal sürməyi, ağ, qırmızı, sarı, yaşıl zolaqlar üzərində müxtəlif rəngli kvadratlar və onlardan iki əks tərəfə
toxunmuş qarmaqlar, bir növ, bu elementi butaya bənzədir. Gəncə qrupuna aid xalçalar üzərində Qazaxda olduğu kimi
həndəsiləşmiş üslub üstünlük təşkil edir. Xalçanın bədii quruluşu xalq arasında çox sevilir. Belə bədii quruluş toxunuş
zamanı daha çox diqqət tələb edir. Xalça Bakıda şəxsi evdə saxlanılır.
Xalçanın xovu, ərişi, arğacı yundur. Sıxlığı 30x40 sm-dir. Saxlanma vəziyyəti əladır, yalnız yuxarı və aşağı saçaqları
istifadə müddətində yeyilmişdir. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Xalça. Yun. Xovlu. 254x100. XIX əsrin əvvəlləri. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,47,48,49,50,51,52,53,54,55,56 58,59,60,61,62,63,64,65,66,67,...100