57
57
bu cür yerləşdirilməsi tam aydın deyil. Çox zaman sayılan sayda kiçik köməkçi elementlərin xalçada toxunması toxucu
tərəfindən hansısa önəmli olan saya nişanə kimi anlanır. Məsələn, toxucu üçün önəmli olan təsərrüfatındakı heyvanların
sayı, ya onun yaşını bəlli edən tarix və s.
Xalçanın göllərinin mərkəzində toxunmuş göllər sarı-sürməyi, qırmızı-yaşıl, qırmızı-sürməyi kimi iki rəngə bölünür.
Rənglərin belə cüt olaraq bir elementdə toxunması müsbət və mənfi, gecə və gündüz, xeyir və şər kimi dualist baxışlara
işarə kimi yozulur.
Eyni zamanda, xalça üzərində əbrəş – yəni yaşıl rəngdə tonların dəyişkənliyi müşahidə edilsə də, bu onun ümumi bədii
dəyərinə ziyan gətirmir. Toxunulan qədim xalçaların çoxunda əbrəş müşahidə edilir. Xalça Qazaxda şəxsi evdə saxlanılır.
Xalçanın xovu, əriş və arğacı yundur. İlmələrinin sıxlığı 25x32 sm-dir. Xalçada kiçik təmir-bərpa işləri aparılıb. Xalça
tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Xalça. Yun. Xovlu. 188x110. XIX əsrin ortaları. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...100