58
58
Təqdim olunan “Ulduzlu Gəncə” xalça-
sı Gəncə şəhərinin Ozan məhəlləsində to-
xunmuşdur. Ozan məhəlləsi böyüklüyünə
və qədimliyinə görə Gəncənin digər
məhəllələrindən fərqlənir. Məhəllə şərti ola-
raq iki hissədən ibarətdir. Birinci hissə adi
“Ozan”, ikinci hissə isə “Dal Ozan” kimi ta-
nınır. Birinci hissə quzeydən “Qaramanlı”,
güneydən “Böyük malakan, İtti küçə”, günba-
tandan “Şahsevənlər”, günçıxandan isə “Dal
Ozan” və “Bala Bağban”la həmhüduddur.
“Dal Ozan” quzeydən “Sofulu”, günçıxandan
“Zərrabi”, güneydən “Bala Bağban”, günba-
tandan “Ozan” və “Səbzavat” ilə dövrələnib.
Bu məhəllələrdə tikilmiş yaraşıqlı binalar və
burada yaşayan şəhər varlılarının çoxluğu
buranın ən gəlimli-gedimli məhəllə olduğu-
nu deməyə əsas verir. Tarixi mənbələrdə XIII-
XIV yüzilliklərdə xalq sənətkarlarının yaşadığı
yerlərə “Ovzan” deyilməsi haqda məlumatlar
var. XVI-XVII yüzilliklərdə şəhərin indiki yerə
köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ov-
zanlar” çox güman ki, yeni yerdə də öz qonşu-
luq, qohumluq əlaqələrini saxlamaq məqsədilə
bir yerdə məskunlaşmışlar. Məhəllədə XIX
yüzillikdə mövcud olmuş, bu gün isə dillərdə
yalnız adı qalmış “Qırx kilimçi”, “Xocalı” basa-
lağı da olmuşdur. Bu məhəllə hələ qədimdən
öz xalçaçıları və bir-birindən əlvan xalçaları
ilə böyük şöhrət qazanmışdır. Burada toxu-
nan xalçalardan biri hazırda Londonda şəxsi
kolleksiyada saxlanılır. XVII əsrə aid, ölçü-
sü 657x253 sm. olan bu xalça Gəncənin bizə
məlum olan ən qədim böyük ölçülü xalçasıdır.
Bu da onu göstərir ki, Gəncə şəhərində böyük
ölçülü xalçalar geniş yayılmışdır.
Bu xalça yolluq ölçüsünə malikdir. Naxışla-
rı çox zövqlə toxunub, yüksək bədii quruluşa
malikdir. Xalçanın biçiminə tam uyğun ölçülər
seçilib. Xalçanın yunu yerli qoyunlardan alınıb,
çox parlaq və yumşaqdır. İplərin boyaq tərkibi
Gəncənin bitki aləmindən alınmışdır.
Xalça ara sahə və haşiyə zolağından
ibarətdir. Haşiyə zolağında bir-birinə para-
lel olan iki zolaq üzərində mollabaşılar, digər
səkkizbucaqlı kiçik elementlər üzərində isə
ətrafları buynuza bənzər, mərkəzi xaçabənzər
həndəsi elementlər toxunub.
Ara sahənin yerliyi sarıdır. Üzərində bəndi-
rumi formasında şəbəkəyəbənzər quruluş
vardır. Bu kompozisiya istənilən ölçüdə da-
vam edə bilər. Kompozisiyanın özü sonsuz-
luq simvoludur. Sanki, damaları xatırladan bu
qəfəslərin içərisində toxunmuş səkkizbucaqlı
naxışlar ulduzlara olan real işarədir.
Xalçanın bədii tərtibatı yarandığı dövrdən bu
xalçanın toxunduğu tarixə qədər dəyişikliyə
uğramış və təkmilləşmişdir. Belə ki, təqdim
edilən bu Gəncə xalçası üzərindəki naxış-
lar Azərbaycanın qədim arxeoloji abidələri
üzərində də aşkarlanmışdır. Ulduz, romb,
xaçabənzər motiv və bəndi-rumi kompozisi-
yasının özünə eradan əvvəlki saxsı qablarda
da rast gəlmək olar. Bu motivlərin hər biri
totemlərlə, inancla bağlı olmuş, bitkin mənalar
kəsb etmişdir. Lakin artıq xalçada onlar yalnız
bədii mahiyyət kəsb edirlər. Bir növ keçmişdən
günümüzə çatmış məktuba bənzəyirlər. Xalça
Gəncədə şəxsi evdə saxlanılır.
“Ulduzlu Gəncə” xalçalarında olduğu kimi
bu xalçanın xovu qısa, sıxlığı 30x45 sm-dir.
Xalça üzərində az miqdarda təmir-bərpa işləri
aparılıb. Xovu, əriş və arğacı yundur. Tarixi,
elmi və bədii əhəmiyyət daşıyır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...100