60
60
Bu xalça indiki Göygöl rayonunun Balçılı
kəndində klassik ənənə əsasında toxunsa da,
onun icrasında fərdilik vardır. Balçılı kəndində
toxunan xalçalar sıxlığına, naxışına və rəng
həllinə görə Xızı xalçaları ilə oxşarlıq təşkil edir.
Bu kənddə çoxlu sayda xurcun, məfrəş, cecim
və duz torbaları kimi xovsuz xalça məmulatları
da toxunmuşdur. Göygöl özünün qoyunçuluq
ənənəsi ilə tanınır. Burada olan cins qoyunlar-
dan parlaq və keyfiyyətli yunlar alınır ki, bu
da əyirilən ipin çalarını gücləndirir, xalçaya
fərqli görünüş verir. Bu xalçanın toxunuşunda
daha xırda detallar işlənmiş, əldə əyrilmiş iplər
nəfis çalarlarla, təbii yolla boyanmışdır. Xalça-
da ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara
rənglərdən istifadə olunmuşdur.
Xalça asimmetrikdir. Naxışlar özlüyündə
həm də cüt göründüyü halda belə ölçü və
biçimləri dəyişir; xalçada həndəsi naxışlardan
istifadə edilib. Yelən dörd zolaqdan ibarətdir.
Fərqli rənglərdən olan bu zolaqlar üzərində
romb, kvadrat, “x”, səkkizguşəli ulduz, digər
yuvarlaq formalı naxışlar toxunub. Xalçanın
ara sahəsi qırmızı, göy, ağ rənglərlə növbələşən
diaqonal zolaqlarla bəzədilib. Bu xalça incə to-
xunuşlu olduğu kimi, onun rəng çalarları da
çox həzin tonlardadır.
Keçmiş zamanlarda hər rəngin öz mənası
olmuşdur və xalçanın toxunmasında bunlara
mütləq diqqət edilmişdir. Qırmızı rəng qovuş-
maq, qan, ağ paklıq, təmizlik, mavi və sürməyi
rəng isə səma mənasındadır.
Hər bir xalça qoruyucu qüvvəyə, müsbət
enerji mənbəyinə malik idi. Bu keyfiyyət həm
xalçanın rənglərində, həm də naxışlarında əks
olunurdu. Bu mənada xalça üzərində həm
rənglər, həm də naxışlar uğurlu seçilib. Xalça
Goranboyda şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 35x55 sm-dir. Saxlanma
vəziyyəti əladır. Xovu, əriş və arğacı yundur.
Xalça tarixi, elmi və bədii əhəmiyyət kəsb edir.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...100