56
56
Xalça indiki Daşkəsən rayonunun Əmirvar kəndində toxunub. Dağətəyi kənd olan Əmirvarda xalçaçılar iplərin boyan-
ması üçün Gəncə şəhərində hələ qədimdən şöhrət qazanmış boyaqçılıq emalatxanalarının xidmətindən istifadə edirdilər.
Xalça toxunarkən onun rəngləri şux olmuş, lakin istifadə müddətində yaxşı qulluq edilmədiyinə görə solğunlaşmışdır.
Xalçada təbii yolla alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş iplərdən istifadə edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl,
sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. İplərin alınması üçün istifadə edilən yun isə qoyunçuluğun
çox inkişaf etdiyi bu kəndin cins qoyunlarından alınırdı. Sərt təbiəti olan bu kəndin xalçaları xovununun hündürlüyü ilə
seçilirdi. Xalça üzərində toxunan naxışlar Azərbaycan xalçalarının Gəncə qrupunda istifadə edilən klassik elementlərdir.
Eyni zamanda, bu elementlərdən Qarabağ xalçalarında da istifadə olunub.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə qırmızı, ağ, sarı rəngli olub üzərində həndəsi quruluşlu nəbati və
digər naxışlar toxunub. Ara sahə isə qırmızı yerliklidir; dörd tam, bir yarımçıq pilləli, ətrafları qarmaqlı göllərdən ibarətdir.
Xalçanın ara sahəsi boyu göllərin ətrafında romb və gül təsvirli elementlər pərakəndə verilib.
Xalça el sənətkarları tərəfindən toxunub. Ümumilikdə bütün naxışlarda simmetrik toxunuşa riayət edildiyi halda,
göllərin ətrafındakı kiçik elementlər asimmetrikdir. Naxışların özlüyündə bəlli motivdə olduğuna baxmayaraq, onların
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...100