75
75
xışları toxunub. Xalçanın göllərində toxunmuş xaçabənzər element su, torpaq, od və havanın simvolu, romb artım bildirən
rəmzdir.
Xalçanı toxuyan usta bu kompozisiyanı yaradarkən öz zövqunə uyğun rənglər seçmiş, elementlərin ölçülərini, formasını
müəyyənləşdirmişdir. Toxucunun peşəkar əməyi ilə Azərbaycan xalçalarının Gəncə qrupuna məxsus xalq sənətinin nadir
nümunəsi ərsəyə gəlmişdir.
İplər yerli Gədəbəy qoyunlarından alınmış keyfiyyətli yundan əyrilmişdir. Toxucu əvvəlcədən hansı motivləri hansı
rəngdə toxuyacağını dəqiqləşdirmiş, istədiyi rəngləri əldə etmək üçün ipləri hələ qədimdən geniş şöhrət qazanmış Gəncə
boyaqçılıq emalatxanalarında boyatdırmışdır. Xalçada təbii yolla, səkkiz rəngin çalarında olan və əl ilə əyrilmiş yun
iplərdən istifadə edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara və badımcanı rənglər xalçaya xüsusi görünüş bəxş
edir. Xalça Bakıda şəxsi kolleksiyada saxlanılır.
Xalçanın sıxlığı 28x43 sm-dir. Yolluq formasında olan xalçanın xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii
əhəmiyyət daşıyır. Xalça yuxarı və aşağı sahədə yeyilmişdir. Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 256x105. XIX əsrin sonları. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,67,68,69,70,71,72,73,74,75,76 78,79,80,81,82,83,84,85,86,87,...100