32
Sovet hökumətinin qurulması münasibətilə mitinq.
XI Qızıl Ordunun İrəvana girməsi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikasının 75 illiyi haqqında fər­
manında (1999, 4 fevral) dəqiq şəkildə ifadə edildiyi ki­
mi “Ermənistanın hakim dairələri Moskvadakı hima­
yə­darlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını
qo­pa­rıb öz ərazisinə birləşdirməyə nail oldular. 1929-cu
il­­də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə
Naxçıvanın 657 kvadrat kilometr ərazisi - Şərur qəzasının
Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz na­
hiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kənd­
ləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilid kən­
di torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu
ildə isə Əldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış
məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri
rayonu yaradılmışdır”.
1936-cı ildə ZSFSR-in tərkibindəki üç respublika ayrıl­mış
və ayrı-ayrılıqda SSRİ tərkibində qalmışdır. Bu dövrdə də
Ermənistan Azərbaycanın yeni-yeni torpaqları hesabı­na
ərazisini genişləndirmək xəttini davam etdirmişdir. Bu dəfə
əsas istiqamət Azərbaycanın qərb torpaqları seçilmişdi.
1938-ci il mayın 5-də Azərbaycanla Ermənistanın sərhəd
ərazisindəki iki min hektardan çox torpağın Ermənistana
verilməsi haqqında qərar çıxarıldı. 1945-ci ildə II Dünya
müharibəsinin başa çatmasından az sonra isə Azərbaycanın
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana bir­ləş­di­
rilməsinə cəhd olunmuş, bu siyasət baş tutmadıqda, Er­
mə­nistandakı öz tarixi torpaqlarından azərbaycanlıların
deportasiyası (1948-1853) həyata keçirilmişdir. Hətta bu
de­portasiya nəticəsində boşalan azərbaycanlı kəndləri­
nin ermənilərlə məskunlaşdırılması belə, Azərbaycandan
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...116