53
larından ləğv olunmuş böyük bir mədəniyyətdən xəbər
verir. Bu mahalın Üçkilsə bölgəsində də xalça toxumaq
ənənəsi mövcud olmuşdur.
İrəvanın qədim mahallarından Sərdarabad öz qalası
ilə məşhur idi. İrəvan xanı bu ərazilərdən istər müdafiə
məqsədi ilə, istərsə də döyüşlərdə istifadə edirdi. Bu ma­
halın İrəvan xanlığının tarixi ilə xüsusi bağlılığı və tarixi
əhəmiyyəti qeyd olunmalıdır. Sərdarabad şəhərinin özü,
Kərimarx, Qatırabad, Xeyirbəyli, Şahverdi kimi kəndlər
azərbaycanlıların məskunlaşdığı ərazi olmuş və burada
fərqli çeşidli kilimlər, palazlar, xurcunlar, toxunmuş­
dur. Bu torpaqlarda aparılan arxeoloji qazıntılar zama­
nı aşkar edilmiş tapıntılar, məişət əşyaları, müxtəlif daş
fraqmentləri və onların üzərində həkk olunmuş təsvirlər
böyük türk mədəniyyətinin buradakı izləri hesab olunur.
Kompozisiya quruluşuna görə bu ərazidə toxunan
xalçaların Azərbaycanın Qazax və Təbriz xalça məktəbi
ilə yaxınlığı hiss olunur. Bölgənin əhalisinin mifoloji
dünyagörüşündən, təbii inanclarından irəli gələn, onları
ifadə edən həndəsi elementlərlə bərabər, süjetli, daha incə
naxışlı xalça məmulatlarına da rast gəlinir. Zəngibasar
və Sərdarabad mahallarının, coğrafi mövqeyinə görə
CənubiAzərbaycanla yaxınlığı, həmçinin burada yaşayan
əhalinin Təbriz, Xoy, Maku kimi şəhərlərlə gediş-gəlişi,
mədəni əlaqələri Güney Azərbaycan mədəniyyətinin
izlərini burada barmaqları ilə əvəzsiz sənət nümunələri
yaratmış toxucuların yaddaşına həkk etmişdir ki, bunlar
da xalçalarda əksini tapıb. Təbriz xalçaçılıq məktəbinə
xas olan cəhətlərdən biri qapalı kompozisiya quruluşuna
malik olması, romb, kvadrat, ulduz və ya qızılgülşəkilli
on iki, yaxud on altı guşəli turunc xalçaların hər iki
tərəfində təkrarlanan gülün dörddə bir hissəsi qədər
ləçək, kətəbə, qübbə kimi əsas elementlər və mürəkkəb
formalı motivlərdir. Nəbati elementləri burada toxunan
xalçalar üçün də xarakterik idi və bunlar ana təbiətin
xalça üzərində real təzahürü kimi çıxış edirdi. Dünya­
ya inam, əbədiyyət axtarışı, ilahi qüvvəyə səcdə kimi
duyğular öz əksini xalçalarda tapırdı. Qızılgül, süsən,
bənövşə və başqa çiçəklərin xalça üzərində təsviri onu
toxuyanların estetik dünyagörüşünü, inanclarını təzahür
etdirirdi. Bunu da qeyd etməliyik ki, əksər İrəvan xalçala­
rında olduğu kimi Zəngibasar və Sərdarabad xalçalarının
üzərində də hicri təqvimlə tarixlər göstərilirdi. Bu ərazidə
zili, cecim, sumax, çul, çanta, xaral kimi məmulatlar to­
xunur, onların üzərində stilizə edilmiş həndəsi, nəbati,
zoomorf elementlər və süjetlər yer alırdı. Zəngibasar və
Sərdarabad mahallarında toxunan xalçalarda, əsasən də,
kilimlərdə rombvari, “damğa”, böyük ölçüdə uzadılmış
“S” şəkilli təsvirlər və həndəsi motivlər işlənirdi. Burada­
kı motivlərə Şirvan xalçalarında da rast gəlinir.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Azərbaycan Qaraqoyunlu əmirlərinə məxsus Cəfərabad
türbəsi. 1413-cü il. Zəngibasar, Uluxanlı.
Üzərindəki yazıda Saatlı tayfasının əmirləri Pir Həsən və
onun atası Əmir Səədin adı həkk olunub.
Sərdarabad mahalından görünüş.
1...,45,46,47,48,49,50,51,52,53,54 56,57,58,59,60,61,62,63,64,65,...116