51
Azərbaycan xalçaları / İrəvan QRUPU
Gərnibasar və Vedibasar mahalları
Gərnibasar və Vedibasar mahallarında toxunan xal­
çaların rəng-kompozisiya baxımından oxşarlığını, eləcə
də ərazilərinin coğrafi yaxınlığını nəzərə alaraq onları
bir qrupda birləşdirmək olar. Gərnibasar, Vedibasar ma­
halları İrəvan ərazisinin ən dilbər guşələrindən sayılırdı.
Vedi və Qəmərli rayonlarını əhatə edən bu bölgə Ağrı­
dağı vadisində mülayim iqlimli ərazidə, səfalı ərazidə
yerləşmişdir.
Bir tərəfdən Ağrıdağın ətəklərindən axan Araz çayı,
Göyçə və Dərələyəz mahalları ilə həmsərhəd olan Ve­
dibasar mahalı özünün füsunkar təbiəti və qədim tarixi
ilə seçilir. Vedinin dağlıq hissəsi sərt qayalıqlı, çılpaq və
meşə zolaqları ilə örtülü yaşıl yamaclardan ibarətdir. Bu
mahalın düzənlik hissəsi isə daha mülayim iqlimi ilə se­
çilir. Dərələri, çayları, gölləri ilə məşhur olan Vedibasarın
bitki örtüyü fərqli çalarlı boyaların alınması üçün geniş
imkanlar yaradırdı. Naxış kompozisiyasına görə Vediba­
sar, Gərnibasar mahallarının xalçaları Qazax xalçaçılıq
məktəbi ilə eynilik təşkil edir. Vedibasarın təbii coğrafi
şəraiti onun təsərrüfatına, məişətinə də hopmuşdu. Pa­
lıd, şam, qoz, alça, yemişan, sarıçiçək, pərpiyan, şirin bi­
yan kimi bitkilər və üzümçülüyün geniş yayılması iplərin
boyanması işini asanlaşdırır, müxtəlif çalarlar almağa
imkan yaradırdı. Növ-növ ərikləri, alçaları ilə tanınan bu
bölgənin xalçalarının rəngi də digər bölgələrə nisbətən
daha parlaq və əlvan olurdu.
Vedi bölgəsinin Kotanlı, Avşar, Türk gölü, Ağaslı,
Arazdəyən, Bayburt, Böyük Vedi, Qaralar, Dəvəli, Yen­gi­
cə, Kolanlı, Taytan, Şidli, Şirazlı, Şıxlar kimi kəndlərində
iri xalçaçılıq məntəqələri olmuşdur. Özünün füsünkar
təbiəti, göz oxşayan mənzərələri ilə seçilən, nüfuzlu
Seyidlər tayfasının məskunlaşdığı Kotanlı kəndində Əs­li
xanım yaşayırdı. Onun əlləri ilə bir-birindən gözəl xal­
çalar toxunmuş, incə ilmələr vurulmuş və yaratdığı na­
xışlar bütün ətraf kəndin xalçaçılarını heyran qoymuşdu.
Xalçaçılıq məntəqələrindən Gərnibasar mahalının
Qəmərli bölgəsində də var idi. Bu bölgənin Arpavar, Baş
nalı, Yamancalı, Muğamlı, Sabunçu kimi kəndlərində xal­
ça toxuma geniş yayılmışdır. Bu yerlərdə namazlıq xalça­
lar, kilimlər, məfrəşlər, çullar üstünlük təşkil etmişdir.
Gərnibasar-Vedibasar mahallarında toxunan xalçalarda
göllərin mərkəzində “çərxi-fələk”, “qoşaquyrum” (“qo­
şabuynuz”) elementləri işlənirdi. Bu mahallarda toxunan
xalçalarda da “S” şəkilli, “X” formalı, “qarmaqlı”, romb­
vari, kənarları pilləli klassik elementlər və müxtəlif ölçü­
lü həndəsi fiqurlar və s. motivlər olurdu.
Vedibasar mahalından görünüş.
Xosrov meşəsi. Vedibasar mahalı.
Vaxtı ilə bu ərazidə Kotanlı kəndi olmuşdur.
Qəxi qalası.
Vedibasar mahalı, Xosrov meşəsi.
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...116