52
Zəngibasar və Sərdarabad mahalları
İrəvana bitişik olan Zəngibasar azərbaycanlıların
qə­dim yaşayış məskənlərindən biri olub. Bu ərazini
mədəniyyət və təhsil mərkəzi də adlandırmaq olar.
Hələ orta əsrlərdən bölgənin əhalisi islam dünyasının
müxtəlif ocaqlarında təhsil alaraq, buranın sakinlərinin
dini və elmi dünyagörüşünün formalaşmasında mü­
hüm rol oynamışlar. Zəngibasar bölgəsi həm də bir
mədəniyyət mərkəzi olmuşdur. İrəvanla coğrafi ya­
xınlığı bölgənin mədəni mühitinin formalaşmasına öz
təsirini göstərmişdir. Bu mahalı düz mərkəzindən keçən,
mənbəyini Göyçə gölündən götürən Zəngi çayı iki yerə
bölürdü. Bir çox qədim mənbələrdə adı çəkilən Zəngi
çayı bol suyu ilə Zəngibasar mahalının torpağını daha da
bərəkətli edirdi. Bir çox səyyahların bu bölgə haqqında
tarixi qeydləri mövcuddur. Yerli əhalini, onun məişətini
təsvir edən səyyahlar burada bəy, sultan ailələrinin ya­
şadığını, din xadimlərinin, ziyalıların olduğunu vurğula­
mışlar. Əsasən, taxılçılıq, bostançılıq, tərəvəzçiliklə məş­
ğul olan yerli əhali özünün xüsusi əkinçilik ənə­nələrini
yaratmışdır. Bölgədə ipəkçilik və heyvandarlıq da geniş
inkişaf etmışdir. Ucu-bucağı görünməyən, göz oxşayan
biçənəkləri, yaylaqları olan Zəngibasarın al-əlvan bitki
örtüyü burada boyaqçılığın inkişafına təkan vermişdir.
Zəngibasar boyunca xüsusi boya hazırlayan məhəllələr
var idi.
Bu ərazidə yaşayan əhalinin geyimi haqqında da xüsusi
bəhs etmək lazımdır. Kişi geyimləri, əsasən, arxalıq, çuxa
və şalvar, enli çit qurşağı, dəri çarıq, başmaqdan ibarət
idi. Qadın geyimlərindən isə uzun arxalıq, çit köynək,
ləçək və yaylığı göstərmək olar. Karvan yolunun üstündə
yerləşən Zəngibasar mahalının əhalisi zinət əşyalarından
da çox istifadə edirdi. Xüsusi gümüş pullar, gümüş və
qızıldan hazırlanan silsilələr, əsas zərgərlik nümunəsi
sayıla biləcək kəmərlər bu mahalın xanımlarına xüsusi
yaraşıq verirdi. Zəngin mətbəxi, folkloru, el-oba oyun­
ları, meydan tamaşaları ilə yadda qalan Zəngibasar
mahalının xalçaçılıq ənənəsi zəngin idi. Zəngibasarda
şöhrəti bütün Qafqazda yayılmış Uluxanlı məktəbi,
bütün bölgələrinin əhalisi üçün müqəddəs sayılan Ağ­
dədə ocağı, Qarapirim ocağı, Şahin qalası, hamamları
və saysız-hesabsız məscidləri burada yaşayan əhalinin
dünyagörüşündən, mədəniyyətindən və türk kökündən
xəbər verirdi. Zəngibasar bölgəsinin Arbat, Aşağı Ne­
cilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər,
Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrdə toxunan
xalçalar öz incəliyi, zərifliyi ilə seçilirdi. Vaxtilə bölgənin
əksər kəndləri süni şəkildə ləğv edilmiş, əhalisi zorla kö­
çürülmüşdür, lakin orada toxunan xalçalar bu torpağın
yaddaşını bu günümüzədək qoruyub saxlamışdır. Bu ba­
xımdan əldə olan sənət nümunələri hələ ötən əsrin orta­
Zəngi çayının görünüşü.
Ərbiuni qalasında daş lövhə. E.ə. VIII əsr.
Zəngibasar mahalı.
Göy tanrı inancına tapınan qədim azərbaycanlılara məxsus
Göy mələkləri məbədi. E.ə. VIII əsrin I yarısı. Zəngibasar
mahalı, Üçkilsə.
Üzərində yazılar və damğalar onun qədim
Azərbaycan tayfalarına məxsus olduğunu göstərir.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...116