20
a) sadə zolaqlar;
b) sulu zolaqlar;
c) naxışlı zolaqlar.
Ümumiyyətlə, “palaz” köçmə həyat tərzi ke­çi­rən bir qisim
əhali ara­sında və habelə Mu­ğan­da, ce­cim isə Ağcabədi və
Cəbrayılda geniş ya­yıl­mış­dır. Adətən palazlar dik hanalarda,
cecimlər isə yer hanalarında toxunurdu.
İkinci dövr xalça sənətinin, texniki və başlıca ola­raq, bədii
cəhətdən inkişafının ilk dövrüdür. Bu dövrdə sadə dolama
texnikası ilə əmələ gə­lən “kilim” toxuma üsulu inkişaf edir.
Bu texnikanın meydana gəlməsi, xalçaların üzərində ibtidai
formalarda sadə naxışlar toxumağa imkan yaratmışdır.
Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Qarabağda
da palaz və kilimlərdən ala­çıq­lar­da, dəyələrdə və eləcə də
toyxanalarda, istər da­xili bəzək-döşəmə, istərsə də xarici örtük
kimi is­tifadə olunurdu. Kilimlər əsasən Bərdə və Cəb­ra­yılda
toxunurdu.
Üçüncü dövr vərni, şəd­də, zili, sumax, ladı toxuma üsu­
lu meydana gəlməsi döv­rü­dür. Mürəkkəb dolama tex­ni­kasının
çox geniş ya­yıldığı bu dövrdə xalça bəzəyinin mü­rəkkəbləşmə
və müxtəlif öl­çülü naxış element­lərinin in­kişafı üçün geniş
imkanlar ya­ranmışdır.
Xalça sənətinin üçüncü döv­rünü təşkil edən və mü­rək­kəb
dolama üsulu ilə əmələ gələn şəddə və vərni xalçaları əksər
hallarda maldarlıqla məşğul olan yerlərdə toxunurdu. Buna görə
də bölgədə bu tipli xalçaların üzərində başlıca olaraq stilləşmiş
heyvan təsvirlərinə daha çox təsadüf edilir. Qarabağın dağlıq
rayonlarında şəddə və vərni toxunuşlu at, dəvə, öküz çulu,
pərdə, məfrəş və s. məişət əşyalarına tez-tez rast gəlinir. Şəddə
və vərninin istehsalının mənşəyi Bərdə və Naxçıvan olduğu
güman edilir. Qarabağ bölgəsində nadir hallarda ipəkdən
toxunmuş vərnilərə də təsadüf edilir. Mürəkkəb do­lama toxuma
üsulu ilə toxu­nan zili istər toxunuşuna görə, is­tərsə də bədii
cəhətdən şəd­də və vərniyə nisbətən daha artıq təkmilləşmişdir.
Qa­ra­ba­ğın zili bəzəklərində şərti­ləş­miş heyvan təsvirlərindən
baş­qa, ibtidai formada bir sıra hən­dəsi elementlər də mey­
da­na gəlmişdir. Zililərin əsas toxunma mərkəzi Bərdə olma­
sına baxmayaraq Ağdamda, Yevlaxda, Füzulidə, Ağcabədidə,
Cecim və zililər məişətdə. Xovsuz.
B
u bədii
inkişaf
formaları
cecimlərə də
aiddir.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...68