52
Qarabağda və digər mərkəzlərdə toxunmuş xal-
çalar kompozisiya və mövzu anlamına görə saray
xalçalarını təkrarlasalar da, burada süjeti milli
elementlərlə özünəməxsus tərzdə təfsir edirdilər.
F. V. Qogelin “Xalça” kitabı xalçaçılıq ta-
rixi, xalçaçılıq texnikası, əsas xalça növləri
və onların ideya-bədii xüsusiyyətlərinin inki-
şaf mərhələləri haqqında ümumi məlumatların
verilməsi ilə dəyərlidir. Burada Azərbaycanın
süjetli xalçaları haqqında faydalı məlumatlar
verilmişdir; müəllifin də qeyd etdiyi kimi, Qərb
sənətşünaslıq elmi səhvən onları fars hesab edir.
Qogel “heyvan”, “ovçuluq” mövzulu və suvar-
ma motivli xalçaların istehsalında Azərbaycanın
müstəsna əhəmiyyətini müəyyənləşdirir. “Ov-
çuluq” xalçaları, artıq qeyd olunduğu kimi, xal-
çaçılıq tarixinin tədqiqatçıları üçün müstəsna
maraq doğurur, çünki məhz heyvanat aləmi və
ovçuluq həyatı dekorativ-tətbiqi sənətdə davam-
lı və ənənəvi elementdir, min illər boyu ona xas
xüsusiyyətləri “mühafizəkarcasına” saxlamışdır.
Bu insan cəmiyyətinin istehsalçı qüvvələrinin
inkişafının birinci pilləsi – ovçuluq təsərrüfatı
– məhz gerçəkliyin qrafik-boyakarlıqla
öyrənilməsinin başlanğıcını qoydu.
Bundan başqa, dünyanın müxtəlif yerlərində
ovçu qəbilələri tək qayaüstü təsvirlər və
heykəllərin sadə realistik sənətini yaratmamış,
eyni zamanda həndəsi işarə və rəmzlərlə dün-
yanın mücərrəd izahına qədər qalxa bilmişlər;
onlar da əvvəllər təmiz əməli kölgə, ayin və
sehr əhəmiyyəti daşıyırmış, sonralar isə de-
korativ ornamentalistikada müstəqil estetik
dəyərini almışlar.
XVI əsrdə Azərbaycanın süjetli-tematik
xalçaları daha çox miniatür boyakarlığının
yenilikləri ilə xalq xalçaçılığının ənənəvi
elementlərini məharətlə birləşdirən “ovçuluq”
kompozisiyasından ibarət idi.
XIX əsr və XX əsrin əvvəllərinə aid xal-
çalara xas olan xüsusiyyətlər, ilk növbədə,
dağınıq üslub və
bədii eklektizm,
bütöv kompozisi-
yada ənənəvi Şərq
ovçuluq motivləri,
miniatür
boyakar-
lığı ilə Avropa boya-
karlığının mövzularını
birləşdirmək cəhdləridir.
Bu,
əsasən,
Cənubi
Azərbaycan xalçaları qru-
punda müşahidə edilir. Lakin əsas kom-
l
Xalça. “Ağaclı-Ovçuluq”. Yun. Xovlu. 195x135.
1910-cu il. Təbriz qrupu. Azərbaycan
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...204