53
pozisiyalarda xalçaçılıq sənətinin XVI əsr klassik
dövrünə aid ovçuluq motivlərinin açılışının əsas
üsul və prinsipləri davamlı surətdə saxlanılır.
Şimali Azərbaycan xalçalarında dəqiq ifadə
olunan digər meyil xalçaçılığın sırf xalqa məxsus
qədim elementlərinin, süjetin birxətli, yekcins
açılışı, fiqurların həndəsi-şərti təsviridir. XX
əsrin əvvəllərində xalq ustalarının ov prosesinin
özünə maraqlarının azalması nəzərə çarpır. Ov
səhnələrini tədricən qədimdə ovçu qəbilələrinin
totemi olan və nəsildən-nəslə keçərək xalq
tərəfindən sitayiş edilən heyvan təsvirləri əvəz
edir.
Keçmişdə ictimai əhəmiyyət daşıyan ov prose-
sinin özünə marağın əhəmiyyətli dərəcədə azal-
ması nəticəsində xalçaçılıq sənətində ovçuluq
motivlərinin təfsiri və şəkli dəyişir. Ovçuluq xal-
çalarının əksəriyyətində süjetlərin semantikasına
görə vəhdət, demək olar ki, yoxdur. Ov səhnələri
ayrılmır, bəzəklə tam ahəng təşkil edir. Rəngarəng
floranın fonunda biz çox vaxt bir-birinə dəqiq
bənzəyən müxtəlif istiqamətlərə çapan ovçuları,
piyada ox atanları, qaçan heyvan fiqurlarını, quş
ovu səhnələrini görürük və bütün bunlar bitki or-
namentikası ilə sıx hörülmüşdür.
XIX əsrə aid Şirvan xalçası da “Ovçuluq” möv-
zusuna xarakterik tərzdə toxunmuşdur. Xalçanın
mərkəzi hissəsini içində bitkilər olan buta for-
malı güldan təsviri tutur. Digər tərəflərdən onu
üzərində yarpaqları və narları olan budaqlar qoru-
yur. Kompozisiyanın yuxarı hissəsi nar ağacının
yarpaqları və meyvələri ilə bəzənmiş “ləçəklərlə”
bitir. Güldanın üzərində xallı maralı parçalayan
şir fiquru toxunmuşdur.
Kompozisiyanın hər iki tərəfində orta sahənin
aşağı hissəsində iki eyni ov səhnəsi simmetrik
verilmişdir. Fil üstündə ovçular marallara ox atır-
lar. Lakin bu səhnələr xüsusi olaraq diqqəti cəlb
etmir: ovçuların, fillərin, maralın fiqurları xır-
da və sxematik işlənmişdir, əvəzində ovçuların
baş bəzəkləri tac şəklində çəkilmiş, dimdiyində
şah bəzəyi olan tovuzquşlarının fiqurları parlaq
işlənmişdir. Xalça bütövlükdə semantik mənasını
itirərək, dərin mənalı rəmzlərlə verilmişdir; sü-
jetli səhnələr nəbati motivlərlə zəngin xalçanın
bəzəyini gücləndirmək üçün lazım olan yardımçı
hissələr kimi qəbul edilir, bu da XIX əsrin sonu
— XX əsrin əvvəllərində ovçuluq xalçalarının
nəzərə çarpan xüsusiyyətlərindən birinə çevrilir.
Mavi, sarı və qırmızı rənglərdən ibarət xalça-
nın rəngarəng koloriti bütün elementləri vahid
tam kimi təəssürat yaradan ayrılmaz naxışda
birləşdirir.
Şimali Azərbaycanın ovçuluq xalçalarının
ideya-bədii xüsusiyyətlərinin təkamülü xü-
susi maraq doğurur, çünki miniatür boyakar-
lığı məktəbinin, Qərb mədəniyyətinin güclü
təsirinə məruz qalan xalçalar əsl xalq xalçaçı-
lığının müstəqil və güclü qolunu təşkil edirlər.
XIX əsrin ikinci yarısında ovçuluq süjetlərinin
əhəmiyyətli dərəcədə sadələşməsi müşahidə olu-
nur. Şahin quşu ovuna çıxmış tənha atlının fi-
quru xalçadan-xalçaya köçür, həm də zəifləmiş
feodal zadəganlarının ova marağının əhəmiyyətli
dərəcədə itməsinin rəmzinə çevrilir.
Bu baxımdan “Ovçuluq” Şirvan xalça-
ları qrupu xarakterikdir. Onlardan daha
erkəni Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanılan, XIX
əsrə aid xalçadır. Əsas
motiv “Şahin quşu ilə
ovçu” – həmin döv-
rün miniatür boyakar-
lığından gələn XVI əsr
ovçuluq xalçala-
rının
ənənəvi
motividir. Bu
vaxt Təbriz
m i n i a t ü r
mə k t ə b i n i n
təsiri
altında
boyakarlıq Şir-
vanda da inkişaf
etmişdir. Lakin
xalça kompozi-
siya etibarilə əsl
xalq üslubunda toxunmuşdur: simmetriklik,
formaların həndəsi dəqiq verilişi, sanki, ovçu
qəbilələri dövründə yaradılmış ornamentlərə
əsaslanan xalçaçılıq detallarını keçmişdən geri
qaytarır. Xalçanın mərkəzi sahəsini sol əlini şa-
hin quşuna doğru uzadan iri atlı fiquru tutur. Bu
zaman atlının sağ tərəfində güzgü simmetriyası
ilə təkrarlanan fiqur güclü təəssürat yaradır. Atlı-
nın siması və bədəni fasdan, ayaqları isə yandan
verilmişdir. Təsviri sənətin qanunlarının bu cür
pozulması xalq xalçaçılığına xasdır; sanki, şərti
bəzək elementlərini vahid ornamental rəmzdə
möhkəmləndirir.
Ovçunun geyiminin sxematikliyini qeyd etmək
lazımdır: köynəyin yaxası və buradakı kiçik
naxış xüsusi verilmişdir. Əvəzində at fiquru
1...,45,46,47,48,49,50,51,52,53,54 56,57,58,59,60,61,62,63,64,65,...204