55
boyakarlığınındərsləriniyaxşımənimsəmiş, onları
milli ənənələr zəminində zənginləşdirmiş Qarabağ
xalçaçılıq məktəbinin bədii özünəməxsusluğuna
sübutdur. Xalça “Ağaclı” kompozisiyası üslubun-
da həll olunmuşdur. Ənənəvi ağac təsvirinin hər
iki tərəfində güzgü simmetriyası ilə atlı fiqurları
toxunmuşdur. Mərkəzi sahənin böyük hissəsini
tutan ovçu fiqurları ənənəvi şərti pozada verilmiş-
dir: sifətlər fasda, bədən isə yandan görünüşdə.
Onların statikliyi, həndəsi şərtiliyi dinamik eks-
pressiv formada verilmiş at təsvirlərinə keçiddə
formaların yumşaq dövrəsi ilə çox gözəl ahəng
yaradır. Realist boyakarlıq üçün qəbuledilməz
olan, lakin dekorativ ornamentalistikada ifadəli
sayılan bədii xırdalıq gözəl tapılmışdır: atların
qabaq ayaqları ağır yorğa, arxa ayaqları isə uçuş-
da, sanki, sıçrayışla çapır. Şahinlərin, ov itlərinin
fiqurları ya güzgü simmetriyası ilə, ya da xalça-
nın orta sahəsində qəribə dağınıq hal-
da verilərək onu yükləmir, əksinə təzə
rəng konturları ilə seçilməklə, sadəliyi
nəfis bəzək naxışı təşkil edir, burada or-
namental floranın olmaması onu daha
da ifadəli edir. Klassik kompozisiya
qanunlarının incə hissiyyatı ağacla şahə
qalxmış atlar arasında yaranmış boşlu-
ğu dolduran iki çiçək kimi bədii detalda
təzahür etmişdir.
Bordürun dörd haşiyəsi – iki dar
kənar və bir enli, ortadakı ornament və
rəng etibarilə ritmik şəkildə dəqiq təşkil
olunmuşdur. Bordürun qırmızı rəngini
mərkəzi sahənin göy rəngi xüsusilə
nəzərə çarpdırır, burada ağ atlar, hey-
van fiqurları və açıq-sarı rəngli ovçu
cizgiləri parlaqlığı ilə seçilir.
Xalça sənətinin şah əsəri dekorativ-
tətbiqi sənətin milli ənənələrinin
məhdudiyyətsiz potensial imkanlarını,
keçmişin rəssamlarının miniatür bo-
yakarlığı motivlərini qədim ornamen-
tin qanuniləşdirilmiş formalarını şərh
etmək bacarığını aşkar edir.
Tədricən həyati-qidalanma mühiti-
ni itirən ovçuluq süjetləri özünün əsas
elementlərində tükəndikdən sonra, xal-
çaçı ustalar yeni təsvir vasitələri axtar-
mağa, onları şərti ovçuluq simvolikası-
nın həyat tələbləri ilə ahəngdə tapmağa
məcbur olurlar. Bu iki başlanğıcın üzvi
vəhdəti olmadığına görə, ustalar əsas
mövzu ilə bağlı olmayan formal bəzək
elementlərini gücləndirmək məcburiyyətində
qaldılar. Bu, ilk baxışda ənənəvi ov səhnələrinə
bənzəyən xalçalarda da hiss olunur.
Buna misal olaraq, Venesiyada şəxsi kolleksi-
yalardan birində, digəri isə Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində saxla-
nılan “ovçuluq” tipli iki xalçanı göstərmək olar.
Bu işlər XIX əsrin sonu – XX əsrin əvvəllərində
toxunmuşlar. Xalçalar öz aralarında o qədər
Xalça. Yun. Xovlu. 215x136. 1820-ci illər. Təbriz qrupu. Azərbaycan.
1...,47,48,49,50,51,52,53,54,55,56 58,59,60,61,62,63,64,65,66,67,...204