54
diqqətlə toxunmuşdur – çox gözəl yal,
düyünlənmiş quyruq; rəngbərəng qo-
tazlarla haşiyələnmiş sinəbənd, naxışlı
xalça çul da incəliklərinə qədər təqdim
edilir. Şahin fiqurları da özünəməxsus
bəzədilmişdir: onların lələkləri “S”
şəkilli elementlərlə (qarmaqşəkilli
meandr elementlər forma etibarilə S
hərfini xatırladır) verilmişdir ki, bu da
su rəmzi ilə bağlıdır. Bu elementə xov-
suz xalçalarda təsvir olunmuş, quşla-
rın qanadlarında və quyruqlarında rast
gəlinir.
Ara sahənin bucaqlarında güz-
gü simmetriyası ilə kvadrat göllərdə
təsvir olunmuş, xalq arasında “ları”
adlanan rəngbərəng quyruqlu xoruz-
lar xalçaya xüsusi ifadə verir. Səhərin,
işığın, xeyirxahlığın müjdəçisi xoruz-
ların təsviri simvolikdir. Göllərin fonu
nəbati motivlərlə, həmçinin Şirvan
xovsuz xalçalarına – kilimlərə xas na-
xışlarla bəzədilmişdir.
Xalçanın bütün sahəsi güzgü kimi
mərkəzi fiqurun hər iki tərəfində
təkrarlanan həndəsi şərti heyvan fiqur-
ları, nəbati motivlərlə bəzədilmişdir.
Haşiyə “zəncirə” adlanan bir daxili
“mədaxil”dən ibarətdir. Daha böyük
ifadəlilik üçün haşiyə “siçandişi” adla-
nan mirvari zolağı ilə bəzənmişdir.
Xalq sənətinin bu gözəl nümunəsinin
estetik təsir gücü onun üslub vəhdətin-
də, atlı fiquru ilə, sanki, möhtəşəm
düyünə çəkilən bəzək elementlərinin üzvi
bitkinliyindədir. Xalça ovçuluqdan bəhs etmir,
prosesi deyil, atributikanı, ovçuluq ayinləri,
qəbilə totemləri və tabular dövrünə gedib çıxan
rəmzləri işarələyir. Kompozisiya-
nın sadəliyi və aydınlığı, ritmin
ciddiliyi, qrafik xətlərin ifadəliliyi
xalçaya möhtəşəmlik, həqiqi de-
korativ-ornamental sənətə əzəmətli
gözəllik verir. XIX yüzillikdə
bu əsər özlüyündə ovçuluq
xalçasının klassik forma-
sını təşkil edir, onun bədii
xüsusiyyətləri isə minilliklər
əvvəl bitkinləşmişdi. Eyni
zamanda bu, ənənəvi xalq
dekorativ-tətbiqi sənətinin üslub to-
xunulmazlığını saxlamış bu tip xalçaların, bəlkə
də, sonuncularından biridir.
Təhlil göstərir ki, Şirvan xalçaçılıq ustalarının
şahin quşu ilə ov klassik süjetini bədii xırdalıqlar-
la, mürəkkəbləşdirilmiş bəzəklə zənginləşdirmək
cəhdləri
xalçaların
tematik
çərçivələrini
genişləndirsələr də, bununla yanaşı, bəzi qəlizliyə
və manevrliliyə aparır, məmulatı ənənəvi orna-
mentalistikanın estetik cəlbediciliyinin əsasını
təşkil edən möhtəşəm sadəlik və aydınlıqdan
məhrum edir.
Azərbaycan dekorativ-tətbiqi sənətinin ən
gözəl nümunələrindən biri 1908-ci
ildə Qarabağda toxunmuş və hazır-
da Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyində
saxlanılan “Ovçuluq” xalçasıdır.
Onun mövcudluğu klassik miniatür
Xalça. “İsa və Məryəm”. Yun. Xovlu. 205x138.
1800-1820-ci illər. Təbriz qrupu. Azərbaycan.
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...204