122
malıdır.
Bir
çox
faktlar bu xalçala-
rın orada, Anadolu
səlcuqlarının
pay-
taxtında
hazırlan-
dığını
təsdiqləyir.
Konyadan
başqa,
emal mərkəzlərinə
nümunə olaraq ilk
növbədə
Aksaray,
Kayseri və Sivasın
adını çəkmək olar.
Tarixi XIII əsrdən he-
sablanan bu qrupXIV
əsrə qədər davam et-
mişdir. Bu qrupla ya-
naşı, daha sadə kom-
pozisiyadan ibarət
olan ikinci qrup da
vardır. Bunların yer-
liyi kiçik dördbucaq-
lılarla örtülmüşdür,
müxtəlif dördbucaq-
lıların içində heyvan
şəkilləri və həndəsi
fiqurlar təsvir edil-
mişdir. Amma bunla-
rın böyük bir hissəsi
XIV əsrdə toxunmuş-
dur.
Anadoluda toxun-
muş ən qədim xalçala-
rın, Konya xalçalarının bu dərəcədə mükəmməl
olmalarını nəzərə alsaq, Anadolu Səlcuq İmpe-
ratorluğunda mövcud olan xovlu xalçaçılıq tex-
nikasının XIII əsrin əvvəllərində böyük və uzun
bir inkişaf yolu keçdiyini qəbul etməliyik. Çox
güman ki, səlcuqlar bu xovlu xalçaçılıq texnika-
sını Anadoluya öz vətənlərindən gətirmişdilər.
Bütün köçəri məntəqələrində olduğu kimi,
bu texnika da ilk zamanlar sadəcə ev dəzgahı,
xana şəklində olmuşdur. Yəni insanlar xalçanı
əvvəlcə öz şəxsi ehtiyaclarını ödəmək üçün to-
xumuşlar. Bu sahənin əzəli vəziyyəti barədə bir
ehtimalımız yoxdur. XII əsr boyunca xalça ema-
lı işi ev xanaçılığından şəhərlərdəki iri fabriklər
səviyyəsinə çıxmışdır. Bu fabrikər çox sürətlə
inkişaf edərək Anadolu Səlcuq incəsənətinin
ən parlaq dövrü olan XIII əsrin ikinci yarısında
Əlaəddin Camesindəki şedevr xalçaları emal
edəcək bir səviyyəyə çatmışdı.
Marko Polo, Yulenin tərcüməsində göstərildiyi
kimi, xovlu xalçaçılıq sənətinin rumların əlində
olunduğunu deyil, sadəcə “dünyanın ən yax-
şı, ən gözəl xalçalarının Anadolu səlcuqlarının
şəhərlərində toxunduğunu deyir”. Əlbəttə, bu,
bəzi xalçaçıların rum və erməni ola biləcəkləri
ehtimalını istisna etmir. Bu həm də çox ağla-
batandır. Rumlar və ermənilər bacarıqlı işçilər
idilər, bütün zamanlarda onlardan işçi qüvvəsi
kimi istifadə edilmişdir. Amma onların işi yal-
nız bundan ibarət olub. Sənətkarlıq sahəsində
yaradıcılıq baxımından heç bir təsirləri olma-
mışdır. Konya xalçalarının hər ilməsi, hər xovu
səlcuqdur. Heyvan təsvirli Anadolu xalçaların-
da müşahidə edilən ayrı-ayrı motivlərin Bizans-
dan ilham alınaraq yaradılması bunların rum
işçilər tərəfindən toxunmasına dəlalət etməz.
Xalçaya ilmə salan işçilər heç vaxt onun kompo-
zisiyasını təyin edə bilməzlər.
XVI və XVII əsrlərin türk xalçaları
Türk xalçalarının XIII və XIV əsrlərdəki in-
tibah dövrü ilə tanış olduq, indi də XVI-XVII
əsrləri əhatə edən ikinci çiçəklənmə dövrünə
qısa nəzər salaq. Bu bölümü çox uzatmamaq
üçün, sadəcə, XVI əsrin əvvəllərindəki əsas
qrupları təsvir etməklə kifayətlənəcəyik. Çünki
yalnız bu qruplar öz mənşələri baxımından XV
əsrə gedib çıxa bilərdilər. Bu mənada dörd ka-
teqoriyanı fərqləndirmək lazımdır. Bunların ən
aşağı kateqoriyalarına “ev sənayesi” dediyimiz
üsulla toxunan xalçaları, sadəcə, bir kəndli və
Şəkil 21
Şəkil 22
1...,114,115,116,117,118,119,120,121,122,123 125,126,127,128,129,130,131,132,133,134,...148