123
ya çoban ailəsinin ehtiyaclarını ödəyəcək say-
da toxunan xalçaları aid edəcəyik. Bunlar xalq
sənətidir. Bu kateqoriya XII-XIII əsrlər boyunca
da mövcud olmuşdur. Həmçinin bu gün də öz
varlığını qoruyur. XVI əsrdə də mövcud oldu-
ğuna şübhə yeri yoxdur. O dövrün bu kateqori-
yadan olan xalçalarından heç biri günümüzədək
qalmamışdır. Çünki bunlar, sadəcə, onları toxu-
yanlar tərəfindən istifadə edilirdi. Bunların ix-
rac edilməsi barədə söhbət belə gedə bilməzdi.
Bunlar hətta kəndlərin came və məcsidlərinə
döşənməyə belə layiq görülmürdülər. “Xalq
sənəti nümunələri” adlandıra biləcəyimiz bu
kateqoriyalı xalçaların XIX əsrin əvvəli və ya
XVIII əsrin sonundan daha qədim nümunələrini
tapmaq mümkün deyil.
İkinci kateqoriyanı şəhərlərdə toxunan xal-
çalar təşkil edir. Bunları böyük fabrik malı ad-
landırmaq mümkün deyil. Bunların özü də
ev sənayesi şəraitində hazırlanmışlar. Amma
onun nümunələri daha incə və daha zəngindir.
Rəngləri daha çox inkişaf etmiş bir mənzərə
kəsb edir. Bu xalçaların istehsal prosesinə usta-
lar nəzarət edir, beləliklə, onların keyfiyyəti qo-
runurdu. İkinci kateqoriyadan olan bu xalçala-
rın satışa çıxarıldığını, hətta ixrac olunduğunu
güman etmək olar.
Üçüncü kateqoriyadan olan xalçalar istifadə
olunan texnikanın incəliyi, rənglərin zənginliyi
baxımından daha keyfiyyətli sayılan atelyelərdə
istehsal edilən toxuculuq məhsullarıdır. Bu
atelyelərdə xalçalar modelə görə yayılırdı. Ölkə
daxilindən və xaricdən sifarişlər qəbul edilirdi.
Bu atelyelər çox mükəmməl bir şəkildə təşkil
olunur və vahid mərkəzdən idarə edilirdi.
Belə ki, bu kateqoriyadan olan xalçalara şəhər
atelyeləri məmulatları deyirdilər.
Sonuncu, ən mükəmməl kateqoriyanı isə
saray sifarişlərini qəbul edən atelyelərin
məhsulları təşkil edir. Bunların yalnız saray
üçün işləyənlərinə saray atelyesi, arabir saray-
dan sifariş alanlarına isə saray mütəəhhidi (Hof-
lieferant) demək doğru olardı. Bununla belə,
saraylar üçüncü kateqoriyalı atelyelərə də sifariş
verirdilər. Buna görə də dəqiq bir təsnifat apar-
maq asan deyil.
XVI əsr Anadolusunda ikinci kateqoriyadan
olan xalçalar müxtəlif qruplar tərəfindən təmsil
olunurdu. Bütün bu qrupları “Holbein xalça-
ları” adı altında qruplaşdırmaq mümkündür.
Üçüncü təbəqənin başlıca təmsilçisi Uşak xalça-
larıdır. Dördüncü təbəqəni isə “Osmanlı xalçala-
rı” deyilən qrup təşkil edir.
Holbein xalçalarına bu adın verilməsinə səbəb
bu çeşiddən olan xalçalara öz tablolarında geniş
yer verən Gənc Hans Holbeinin adı ilə bağlıdır.
Çox güman ki, bu adı onlara həmin xalçaları
başqalarından fərqləndirmək istəyən tacirlər
vermişlər. Mənasız bir adlandırmadır, çünki nə
Holbeinin bunlarla bir əlaqəsi var, nə də o, on-
ları tablolarında təsvir edən ilk rəssam olub. Bu
qəbildən olan xalçaların rəsm əsərlərində təsvir
edilməsi daha qədim zamanlara, XV əsrə ge-
dib çıxır. Bunların ən məşhurunu Manteqnanın
1459-cu ildə çəkdiyi və hazırda Veronadakı San
Şəkil 23
Şəkil 24
1...,115,116,117,118,119,120,121,122,123,124 126,127,128,129,130,131,132,133,134,135,...148