124
Zeno kilsəsisini bəzəyən Madonna rəsmində
görmək mümkündür. Bu kateqoriyadan olan
xalçaların bütün nümunələri ya həndəsi,
ya da süni şəkildə həndəsiləşdirilmiş fiqur
təsvirlərindən ibarətdir. Bunlar da dörd ayrı
tipdən ibarətdirlər. Birinci və ikinci tiplər kiçik
bölgülərdən ibarətdir. Bunlarda səkkizguşəlilər
silsiləsi ilə bir qədər qabarıq perimetrli romb
fiqurları növbə ilə bir-birini əvəz edir. Üçün-
cü tipdə isə bölgü xalçanın eninə doğru, içi
səkkizbucaqlı ilə doldurulmuş tək dördbucaq-
lıdan ibarətdir. Xalçanın uzunluğuna doğru isə
bu cür iki və ya dörd dördbucaqlı var. Dördün-
cü tip də üçüncünün bir növüdür.
24-cü şəkildə gördüyümüz xalça birinci
tipə aiddir. Burada konturları hörgülü olan
səkkizbucaqlılar silsiləsi və qoşa yarpaqlar-
dan əmələ gəlmiş rombşəkilli motivlər silsiləsi
növbələşir. Bu tipdən olan xalçaların bəzilərində
bu sıralanma, yerliyin rəngi dəyişdirilərək kiçik
bölgülü dördbucaqlarla birləşdirilir (şəkil 24 a).
Burada səkkizbucaqlılar kiçik düzbucaqlıların
içini doldurmaq rolunu oynayırlar. Rombşəkilli
motivlər bir-biri ilə təmas təşkil edən 4 dörd-
bucaqlıya bölünür və onların vahid məkanını
əmələ gətirir.
25-ci şəkildə gördüyümüz 2-ci tip də 1-ci tip
xalçalarda olduğu kimi, səkkizbucaqlı və romb
təsvirlərininnövbələşməsindənəmələgəlmişdir.
Amma bunlarda rombşəkilli motivlər daha
zəngin bir şəkildə təsvir edilib, formasına görə
daha çox xaçı andırır. Səkkizbucaqlıların isə kon-
turları dəqiq deyil. Bunlar qoşa yarpaqlardan,
palma çiçəklərinin budaqlarla birləşməsindən
doğan zəif təsvirlərdir. Bu nümunə qırmızı yer-
liyin üstündə sarı ilə işlənmişdir. Bu tip xalça-
larda, birinci tipdən olan xalçalarda müşahidə
etdiyimiz bəzi əlamətlər, məsələn, yerliyin
rəngini dəyişməklə kiçik bölgülü dördbucaq-
larla birləşmə halları yoxdur. İkinci tip xalça-
ların iri ölçülü nümunələrinə də rast gəlinir.
26-cı şəkildə göstərilən xalçada Genuyadan
olan bir ailənin gerbinin təsvir edilməsi bu xal-
çaların sifarişlə də toxunduğunu təsdiqləyir.
Bu iki tipin haşiyələri XIII əsrdən bəri Anado-
lu xalçalarında çox istifadə edilən Kufi yazıla-
rı ilə bəzədilmişdir. Bu üsul sonradan inkişaf
edərək bir haşiyə toxuculuğu növünü əmələ
gətirmişdir. Daha sonrakı nümunələr, Uşak xal-
çalarında olduğu kimi, qıvrımlar, qoşa yarpaq-
lar və buludlardan ibarət bir haşiyələrlə yadda
qalır. Bu xalçalarla Uşak xalçaları arasında istər
rəng seçimi, istər texnika baxımından yaxınlığı
nəzərə alsaq, bunların hamısının eyni bölgədə,
Şəkil 24a
Şəkil 25
1...,116,117,118,119,120,121,122,123,124,125 127,128,129,130,131,132,133,134,135,136,...148