62
62
Xalça indiki Göygöl rayonunun Pənahalı kəndində toxunmuşdur. Xalçadakı naxışlara Qarabağda toxunan məfrəş və
xurcunlarda da rast gəlinir. Rəng həlli və ölçüsü bu xalçanın xüsusi sifarişlə toxunduğunu deməyə əsas verir. Quzu yu-
nundan alınmış və əldə əyrilmiş iplər təbii boyalarla, yüksək peşəkarlıqla boyanmışdır.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Yeddi rəngin şux çalarından istifadə olunaraq toxunan xalçada ağ, qırmı-
zı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xüsusi ahəng yaradır.
Xalçanın haşiyəsində bir cüt mollabaşı naxışlarının toxunduğu paralel zolaqlar var, xalçanın ana haşiyəsi boyu isə romb-
ların buynuz və qarmaqlarla əhatə edilmiş forması toxunub. Xalçanın ana haşiyəsi boyu qarmaqlı naxışların ətrafında iki
cərgədə paralel üçbucaq motivləri verilib. Bu naxışların hamısı həndəsi quruluşludur, bunların hər birinin arxaik müstəqil
təsvir forması olmuşdur. Naxışlar öz forma və semantikasına görə qədim türk etnosu ilə bağlı olduğunu isbat edir.
Mollabaşı elementi üçbucaqla rombun birləşməsindən yaranıb. Üçbucaq – ilahiyə istiqamətlənmiş dağların, zirvələrin
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...100