63
63
qüvvəsinə olan inam, romb əbədi artım, bolluq simvolu olmuşdur; qarmaq ov quşları, ovçuluqla bağlı məna daşıyır. O,
həmçinin oğuzların quşlardan ibarət olan damğalarına işarədir. Buynuz totemlərlə bağlı olub, buynuzlu heyvanlara olan
inamdan irəli gəlir.
Xalçanın ara hissəsi sarı, yaşıl, göy, qırmızı rəngli diaqonal zolaqlardan ibarətdir. Əgər nəzərə alınsa ki xalça XIX əsrin
ortalarında toxunub və toxucu qadın heç bir çeşnidən yararlanmayıb, naxışlar yalnız intuitiv tərzdə, ilmələrin gözəyarı
sayılması ilə vurulub, onda bu xalçanı zamanının nəfis nümunəsi saymaq olar. Bu zolaqlar üzərində toxunmuş həndəsi
formalı “buta” naxışları çox düzgün ölçülərdədirlər. Naxışlar cərgə ilə rəng dəyişkənliyinə görə növbələşirlər. Bu rəng
dəyişkənliyi eyni naxışı fərqli tərzdə xalçada göstərir. Xalça Bakıda şəxsi evdə saxlanılır.
Xalça böyük ölçüdə deyil, çox yüksək estetik tərtibata və texnoloji imkanlara malikdir. Xalçanın sıxlığı 28x37 sm-dir.
Xalçanın xovu, əriş və arğacı yundur. Tarixi, elmi və bədii əhəmiyyət daşıyır. Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 121x88. XIX əsrin ortaları. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...100