71
71
“Pirəbədil” xalçaları üzərində də bu motiv toxunmaqdadır. Gəncə xalçasının qəfəslərində toxunan ikinci dərəcəli naxış isə
nəbati elementdir. Bu motivlər bədii quruluşuna görə bir-birlərini tamamlayır.
Xalçada təbii yolla Goranboyun bitki örtüyündən alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş yun iplərdən
istifadə edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Xalça Bakıda şəxsi
evdə saxlanılır.
Xalçanın sıxlığı 22x30 sm-dir. Xalçanın hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Yuxarı və aşağı sahədə xalça yeyilmişdir. Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 320x100. 1880-ci illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,63,64,65,66,67,68,69,70,71,72 74,75,76,77,78,79,80,81,82,83,...100