67
67
olub, qədim inanclardan bu günədək toxuculuqda qalmışdı. Qarmaq naxışı isə bu növ uzun boyunlu olduqda ona xalq
arasında “dəvə boynu” da deyilir. Xalçanı bəzəyən bütün naxışlar orijinal bədii quruluşa malikdir. Onun rəng həlli ağır
tonlardandır. Naxışların düzülüşündə boşluq, sərbəstlik var. Xalça Qazaxda şəxsi evdə saxlanılır.
Xalça hündür və yumşaq xovdan, hamar toxunuşdan ibarətdir. Gədəbəy rayonunun kəndlərində toxunan xalçalar ara-
sında bu çeşniyə tez-tez rast gəlmək olar. Qazax və Zəngəzur xalçalarında da bu naxış həllindən istifadə olunur. Xalçada
təbii yolla, Gədəbəyin bitki örtüyündən alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş iplərdən istifadə edilmişdir.
Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Xalçanın sıxlığı 23x35 sm-dir. Xalça-
nın xovu, əriş və arğacı yundur. İstifadə müddətində xovu nazilmişdir. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Xalça. Yun. Xovlu. 190x122. 1880-ci illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,59,60,61,62,63,64,65,66,67,68 70,71,72,73,74,75,76,77,78,79,...100