66
66
Bu xalça Gədəbəy rayonunun Arıqıran kəndində toxunmuşdur. Gədəbəy bölgəsi hələ qədim zamanlardan özünün
rəngarəng xalçaları və xovsuz xalça məmulatları ilə şöhrət qazanmışdır. Bölgənin füsunkar təbiəti, torpağı, minerallarla
zəngin bulaq suları və cins qoyunları xalçalara təkrarsız görünüş bəxş edir. Yerli əhalinin dünyagörüş və inancları simvol
şəklində yüksək sənətkarlıqla xalçalara köçürülmüş, bitkin dekorativ-tətbiqi sənət nümunələri yaradılmışdır.
Təqdim olunan xalça qeyri-adi bədii quruluşa malikdir. İki haşiyə zolağı və ara sahədən ibarət olan naxışlar bir-birindən
fərqlidir. Haşiyə elementləri nəbati, ara sahəni bəzəyən göllər isə həndəsi üslubda toxunub. Ara sahəni iki tam göl və bir
ədəd düzbucaqlı formalı natamam göl bəzəyir. Xalçanın, bu hissəyə görə, namazlıq məqsədi üçün toxunduğunu güman
etmək olar. Romb, kvadrat ‒ əsas motivlər bunlardır. Xalq sənətkarları çox zaman qan yaddaşlarından doğan naxışları
xalça üzərinə köçürməklə özləri yeni naxış və kompozisiya yaradırdılar. Bu, əsasən də, Gəncə və Qazax toxucularına xas
olan keyfiyyətlərdəndir.
Əgər kvadrat – dörd qütb, dörd ünsür, dörd sərhədli əkin sahəsini müəyyən edirdisə, romb artım, bolluq, bərəkət rəmzi
sayılırdı. Gölləri dövrələyən elementlər isə bəzi hallarda buynuz, bəzən isə qarmağı xatırladır. Buynuz ‒ totemlərlə bağlı
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...100