68
68
Xalça Samux rayonunun Ziyadlı kəndində
toxunmuşdur. Ziyadlı kəndi özünün qədim
xalçaçılıq ənənəsi ilə seçilir. Çox qədimdən
yaşayış məntəqəsi kimi formalaşan bu kənd
sənətkarlıq nümunələri ilə böyük şöhrət qa-
zanmışdır. Buradakı əhalinin dünyagörüşü və
inancları xalçalarda öz əksini tapmışdır. Toxu-
cu bu xalçanı Qazax, Şirvan və Quba xalçala-
rında olan elementlərdən bəhrələnərək yerli
üsluba uyğun tərzdə toxumuşdur. Bu xalça-
ların fərqli və ecazkar görünüşü Samuxun
təbiəti, suları və burada olan cins qoyunlardan
alınan yunla bağlıdır.
Bu xalçanın toxunuşu çox peşəkardır. Seçil-
miş rənglər kompozisiyada əhəmiyyətli yer
tutur. Xalça ara sahə və üç hissədən ibarət
haşiyə zolağından təşkil olunub. Yelənin ana
haşiyə zolağı nadir hallarda toxunan quş
motivlərinin stilizə edilmiş mürəkkəb forması-
dır. Bu motivlərin düzülüşündəki ardıcıllıq hö-
rük təsiri bağışlayır. Quşların uzun boynu və
gövdə hissələri stilizə edilmişdir. Bu geometrik
ana yelən quruluşunu iki tərəfdən ensiz nəbati
naxışlar əhatə edir. Nadir xalça nümunələrində
rast gəlinən bu növ haşiyə zolağı çox yüksək
səviyyədə toxunub.
Xalçanın ara sahəsi ətrafları dilikli, yerli-
yi sürməyi rəngli düzbucaqlı formalı göldən
və onu baş-ətəkdən tamamlayan qübbədən
ibarətdir. Mücərrəd naxışlar bu xalça üzərində
çoxdur. Həmgölün içərisində, həmdə ətrafında
toxunan elementlərdə hər zaman simmetriyaya
riayət edilməyib. Yuvarlaq, xaçabənzər, romb,
gül, “S”, ox ucu, çiçək formalı bu naxışlar bir-
birindən rəngləri ilə fərqlənir.
Xalçanın bədii quruluşu qeyri-standartdır.
Bu növ kompozisiya Samux toxucuları üçün
ənənəvidir. Xalçanın toxunmasında istifadə
edilən boyalar təbii mənşəlidir. Yunu parlaq-
dır. Xalça üzərindəki rəng tonları kompozisi-
yanı bəzəyən naxışlara uyğun olaraq ahəngdar
seçilibdir. Xalçada təbii yolla, Samuxun bitki
örtüyündən alınmış yeddi rəngin çalarında
olan və əl ilə əyirilmiş yun iplərdən istifadə
edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi,
mavi, qara rənglər xalçaya xüsusi görünüş
bəxş edir. Xalça Bərdədə şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 25x40 sm-dir. Xalçanın xovu,
əriş və arğacı yundur. Tarixi, elmi və bədii
əhəmiyyət daşıyır. Saxlanma vəziyyəti ortadır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...100