70
70
Xalça indiki Goranboy rayonunun Zeyvə kəndində toxunub. Bu tip naxışlar Qarabağ ərazisində də geniş istifadə olun-
muşdur.
Xalça üzərində istifadə edilmiş rəng çalarları, kompozisiya quruluşu və naxışlar bir-biri ilə vəhdət təşkil edir. Yelən və
ara sahəni bəzəyən naxışlar artıq klassikləşmiş üslubda icra edilibdir. Üç hissədən yaranmış yelənin iki zolağı bala haşiyə
olub mollabaşı və səkkizguşəli ulduzlardan qurulmuşdur. Ana haşiyə zolağı isə əyrixətli nəbati motivlərdən təşkil olunub.
Burada artıq formalaşmış klassik naxışlarla ənənəvi xalq üslublu motivlər yanaşı toxunmuşlar. Ara sahə bəndi-rumi bədii
quruluşunda tərtib edilib. Bu quruluş əsasında ara sahə altıbucaqlı kiçik qəfəslərə bölünüb. Qırmızı rəngli yerlik üzərində
şəbəkəni xatırladan bu kompozisiya arı şanlarını xatırladır. Onların içərisində isə iki təbəqədən ibarət naxışlar toxunub.
Bu baxımdan Gəncə xalçası üzərindəki qəfəslərin içərisində toxunan stilizə edilmiş insan siluetinə bənzər elementlərə
daha qədim toxunuşlu sumax xovsuz xalçalarında da rast gəlinir. Hətta Azərbaycan xalçalarının Quba qrupuna aid olan
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...100