65
65
rənglərdən toxunması xalçanın ümumi rəng həllinə müsbət təsir edir, onu daha şux və baxımlı göstərir. Ara sahə də incə
naxışlarla və zərif diaqonal zolaqlarla bəzənib. Yaşıl, qırmızı, göy, ağ, sarı rənglərin hər biri özlüyündə fərqli rənglər ol-
salar da, onların ümumi ahəngi çox uyarlıdır. Yalnız Azərbaycan xalçalarının Gəncə qrupunda bu növ kontrast rənglər
diaqonal zolaqlar üzərində toxunub. Zolaqların ensiz olduğu nəzərə alınaraq onun üzərindəki naxışlar – “buta”lar da kiçik
ölçüdədirlər. Başları qarmaq şəklində aşağı doğru yönəlmiş “buta”lar tirmə şallar üzərində toxunan naxışları xatırladır. Bu
xalça yolluq biçimində toxunub. Ondan sözsüz ki, döşənək kimi istifadə edilmişdir. Xalça Tovuzda şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 40x50 sm-dir. Arğacı qırmızı, ərişi ağdır, xovu nazikdir və yundandır. Saxlanma vəziyyəti əladır. Elmi,
tarixi və bədii əhəmiyyət kəsb edir.
Xalça. “Tirməli Gəncə”. Yun. Xovlu. 243x103. XIX əsrin ortaları. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...100