72
72
Xalça indiki Goranboy rayonunun Nadirkənd kəndində toxunmuşdur. Qədim yaşayış məskəni olan bu kənddə zəngin
xalçaçılıq ənənəsi də formalaşmışdır. Əski inanclardan irəli gələn müxtəlif elementlərin xalçalarda əks olunması, onun
kompozisiya quruluşu bu əhalinin digər ərazilərlə əlaqəsindən xəbər verir. Xalçada istifadə olunan olduqca qədim naxış-
lara tarixi Qarabağ ərazisində və Araz sahilində yerləşən kəndlərdə də rast gəlinir.
Həndəsi naxışlarla zəngin olan xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç hissədən təşkil edilib.
Onların hər biri həndəsi quruluşlu naxışlardan ibarətdir. Ara sahənin isə daha mürəkkəb bədii tərtibatı vardır. Mərkəzində
dörd düzbucaqlı, romb motivləri toxunmuş iri göl, tünd rəngli yerlik üzərində isə tək və qoşa butalar və s. mücərrəd na-
xışlar toxunmuşdur.
Xalçada istifadə edilən naxışlar və rəng çox zəngin kompozisiya yaradır. Onu, bir növ, Azərbaycan xalçalarının Gəncə
qrupuna xas olan elementlərin əks olunduğu topluya, ilmə və düyünlərdə yaşayan yaddaşa bənzətmək olar. Xalçanın
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...100