64
64
“Tirməli Gəncə” xalçası indiki Göygöl rayonunun Mollacəlilli kəndində toxunmuşdur. Olduqca mükəmməl tərzdə həll
edilən bu nümunə Gəncə xalçaları arasında ecazkarlığı və peşəkar toxunuşu ilə seçilir. Bədii cəhətdən kamil, rəng və kom-
pozisiya quruluşuna görə ustalıqla işlənən xalça qədim ənənənin böyük nümunəsi olaraq dəyərləndirilməlidir. Bu tipli
xalça nümunələri Avstraliyanın Sidney, İtaliyanın Padova şəhərində şəxsi kolleksiyalarda saxlanılır.
Xalça ara sahə və yeləndən ibarətdir. Xalçada təbii yolla alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş iplərdən
istifadə edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Üç hissədən ibarət
olan yelən üzərində nəbati və həndəsi naxışlar sıra ilə növbələşir. İki paralel bala haşiyə zolağında mollabaşı, ana haşiyə
üzərində isə səkkizləçəkli çiçəklər toxunub. Rəngarəng tonlarda toxunan bu çiçəklərin mərkəzində Qazaxda toxunan xal-
çalar üzərindəki damğaların kiçik ölçülərdə olan təsvirləri toxunub. Haşiyə zolağının sarı, qırmızı və mavi kimi kontrast
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...100