74
74
Xalça Gədəbəy rayonunun Səbətkeçməz kəndində toxunub. Gədəbəy bölgəsi Azərbaycanın ən qədim yaşayış
məskənlərindən biridir. Ərazidə olan qədim abidələr Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə. XIV-VII əsrlər) bir hissəsi kimi
tarixə daxil olmuşdur. Bu böyük mədəniyyətin izləri istər müxtəlif məişət əşyalarında, istərsə də xalçalarda bu günədək
yaşamaqdadır. Burada tapılmış tunc məmulatların zəngin bədii-kompozisiya quruluşunun ərazi boyunca toxunmuş xalça-
larla eynilik təşkil etməsi qədim toxuculuq ənənəsindən xəbər verir.
Gədəbəyin ecazkar təbiətli Səbətkeçməz kəndi hələ qədimdən yaşayış məntəqəsi kimi formalaşmış və burada zəngin
mədəniyyət nümunələri yaranmışdır. Bu günümüzə gəlib çatan, tarixi XIX əsrə aid üç körpü və digər tikililər həmin
mədəniyyətdən xəbər verir. Bu kəndin əhalisi bir-birndən gözəl, fərqli rəng çaları olan xalçalar da yaratmış və bu xalçaların
əksəriyyəti böyük şöhrət qazanmışdır.
Elə təqdim olunan xalça da maraqlı bədii quruluşa malikdir. Eyni zamanda, toxuma texnikası da peşəkar səviyyədədir və
bütün naxışlar dəqiqliyi ilə diqqəti cəlb edir. Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Yelən özü də üç hissədən təşkil
edilib. Nəbati və həndəsi elementlərdən toxunmuş bu zolaqlarda ana haşiyənin naxışları daha böyük ölçüdə, iki kənar bala
haşiyə zolaqları isə həndəsi motivlərdən təşkil olunub.
Sürməyi rəngli ara sahə üzərində dörd altıbucaqlı romb, onların içərisində xaçabənzər motivlər, qarmaqlar toxunub. Bü-
tün gölləri iki tərəfdən üçbucaq elementləri bəzəyir. Ara sahə boyu və üçbucaqların daxilində müxtəlif formalı “buta” na-
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...100