34
Azərbaycanlıların Qərbi Azərbaycandan - Ermənistan
ərazisindən deportasiyası
1918-ci ildə Qərbi Azərbaycanda Ermənistan dövləti
yaradılmasından 1980-cı illərin sonları - 90-cı illərin əvvəl­
lərinədək keçən yetmiş il ərzində azərbaycanlılar üç dəfə
öz tarixi torpaqlarından kütləvi deportasiyaya məruz qal­
mışdır: 1) 1918-20-ci illər; 2) 1948-1953-cü illər; 3) 1980-ci
illərin sonları - 90-cı illərin əvvəlləri.
1918-1920-ci illər.
Bu deportasiya azərbaycanlıların ar­tıq
Ermənistana “çevrilmiş” dədə- baba torpaqlarından zorla
qovulması tarixində ilk mərhələdir. Həmin deportasiya
bila­vasitə yeni meydana gəlmiş erməni dövləti tərəfindən
həyata keçirilmişdir. Bu zaman deportasiya etnik təmiz­
ləmənin digər formaları, xüsusilə genosidlə birlikdə tət­biq
edilmişdir. Erməni qaynaqları əsasında aparılan hesab­
lamalara görə Birinci Dünya müharibəsinin sonlarında
Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan
565 mini öldürülmüş və ya buradan çıxarılmışdı. Erməni
müəllifi Z.Korkadyanın yazdığına görə 1920-ci ildə sovet
hökumətinə daşnakların hakimiyyətindən sonra cəmi
10.000 nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali
sa­lamat qalmışdır. 1922-ci ildə 60.000 qaçqın qayıtdıqdan
sonra azərbaycanlılar burada 72.596 nəfər təşkil etmişdir.
Digər bir erməni müəllifiA.Lalayan yazırdı ki, Ermənistanın
daşnak hökuməti “özünün 30 aylıq hakimiyyəti dövründə
(1918, may-1920, noyabr) azərbaycanlı əhalisinin 60 %-ni
qırmışdır”.
İngilis hərbi müxbiri Skotland - Liddelin məlumatı da
deyilən fikirləri təsdiq edir. O yazırdı ki, mən yanvarda
Şuşada olarkən, bir ingilis zabitinə dedim ki, hamısı er­
mənilərdən zərər çəkən 40.000 müsəlmanın hansı vəziy­
yətdə olduğuna əmin olmaq üçün Zəngəzur dairəsinə get­
məyə hazırlaşıram.
Əvvəlcə Azərbaycanda (1920, 28 aprel), sonra isə Ermə­
nistanda (1920, 29 noyabr) sovetləşmə ilə əlaqədar olaraq
deportasiya olunmuş azərbaycanlıların müəyyən hissəsi
əvvəlki torpaqlarına qaytarıldı. Onlar bu dəfə 1948-1953-cü
illər deportasiyasının qurbanlarına çevrildilər.
1948-1953-cü illər.
1920-ci ilin noyabrında Ermənista­nın
sovetləşməsi azərbaycanlıların de­
portasiya siyasətini daha hiyləgər
bir məcraya yönəltdi. 1920-30-cu il­
lər­də “proletar beynəlmiləlçiliyi” ki­
mi ideoloji deklarasiya, əslində Er­
mənistan SSR-də azərbaycanlıların
sıxışdırılmasının təşkili üçün pərdə
rolunu oynayırdı. Əksinə, Azərbay­
can və digər sovet respublikalarında
ya­şayan ermənilər üçün isə xüsusi
şə­rait tələb edilirdi. Bunun nəticəsi
idi ki, 1923-cü ildə Azərbaycanın ta­
rixi-coğrafi bölgəsi olan Qarabağın
dağ­lıq hissəsi, süni şəkildə regionun
düzənlik hissəsindən ayrılaraq, mux­
tariyyətləşdirildi - Dağlıq Qarabağ
Muxtar vilayəti (DQMV) ayrıldı.
SSRİ-də milli dövlət quruculuğunun
cərəyan etdiyi həmin dövrdə Azər­
baycanın qeyri-azərbaycanlı rəh­
bəri S.M.Kirov (1922-1926) və b.
Ermənistan SSR-də yaşayan azərbaycanlılar üçün də
mü­vafiq status verilməsi məsələsini irəli sürmədi. Be­lə­
liklə, Ermənistan SSR-də yaşayan azərbaycanlılar siyasi
strukturlaşdırmadan kənarda qaldı. Ermənistan, əvvəla,
muxtariyyətləşdirilmədən kənarda qalan azərbaycanlı
vətəndaşlarını daha da sıxışdırmaq üçün əlverişli imkan
əldə etdi; ikinci, Azərbaycanın DQMV-nin timsalında mux­
tar status almış erməni vətəndaşlarını separatizmə təh­
did etməyə başladı. Ermənistan rəhbərliyi İkinci Dünya
müharibəsindən az sonra (1945 noyabr - dekabr) Dağlıq
Qarabağın Ermənistana verilməsi haqqında SSRİ rəhbərliyi
qarşısında məsələ qaldırdı. Bu məsələ öz həllini tapmadı.
Qısa vaxt sonra 1947-ci il dekabrın 23-də İ.Stalinin imzası
ilə SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-in kolxozçu
və digər azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-
Araz ovalığına köçürülməsi barədə qərarı verildi. 1948-ci
il martın 10-da köçürmə üzrə tədbirlər haqqında daha bir
qərar verildi. Qərarların tarixi arasındakı müddət daha
bir problemi ortaya çıxarır. On minlərlə insanın taleyi ilə
bağlı olan köçürmə haqqında qərar tələsik qəbul edilmiş,
tədbirlər və s. sonra müəyyənləşdirilmişdir. Beləliklə, SSRİ
rəhbərliyi tərəfindən Ermənistanın Azərbaycanın DQMV-yə
dair iddiasına baxılması ilə, Ermənistan SSR -dən azər­
baycanlıların köçürülməsinə dair qərarlar arasında sıx əlaqə
olduğu aydın görünür. Əslində, SSRİ rəhbərliyi bununla
həmin iki problemin ardıcıllığını da müəyyən etmiş oldu,
yəni, ilk vəzifə kimi Ermənistandan azərbaycanlıların köçü­
rülməsi, sonra isə DQMV ilə bağlı iddianın taleyi həll edildi.
SSRİ Nazirlər Sovetinin qərarlarının tekstoloji təhlili
onların insan və vətəndaş hüquqları barədə heç bir tələbə
cavab vermədiyini göstərir. Köçkünlərin Azərbaycan
SSR-in Kür-Araz ovalığında yerləşdirilməsi konkret mü­əy­
yən edilsə də, onların Ermənistanın bu və ya digər ərazisin­
dən deyil, bütövlükdə ölkədən köçürülməsi qeyd edilir­
di. Buradan aydın olur ki, məqsəd bütün azərbaycanlıları
Er­mənistandan çıxarmaq olmuşdur. 1947-ci il 23 dekabr
ta­rixli qərarın sonuncu, 11-ci maddəsilə köçürülən azər­
İrəvan Xan sarayının dağılmış vəziyyəti. 1960-ci illər.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...116