35
baycanlıların əvəzinə xarici ermənilərin yerləşdirilməsi nə­
zərdə tutulurdu.
Rəsmi sənədlərdə bu prosesin köçürülmə adlan­dı­rıl­
masına baxmayaraq, o bütün göstəricilərinə görə (obyek­
tin seçilməsindəki məqsədyönlülük, gözlənilməzlik, məc­
burilik və s.) deportasiya aktı idi. Ermənistan SSR daxili
işlər nazirinin 1948-ci il 3 may tarixli arayışı bu məsələlərə
aydınlıq gətirir. Agentura məlumatları əsasında tərtib
edilmiş arayışa görə azərbaycanlıların köçürülmənin əsas
səbəbi kimi xarici ermənilərin yerləşdirilməsilə yanaşı, SSRİ
və Türkiyə arasında gözlənilən müharibə və bununla bağ­
lı olaraq azərbaycanlılara etibar edilməməsi, ermənilərin
türklərə qarşı düşmənçilik münasibəti də nəzərə alınmışdı.
Köçürülmənin məcburi olması haqqında fikirlər və bu
prosesə qarşı ciddi etirazlar da qeydə alınmışdı.
Deportasiyanın həyata keçirildiyi 1948-1953-cü illər ər­
zində (Stalinin ölümündən sonra proses dayanmışdı) 150
minədək azərbaycanlı Ermənistan SSR-dən köçürülmüş­
dü. Bu insanların Ermənistan SSR-də malik olduğu bütün
mülkiyyətləri, tarixi və mədəni abidələri orada qalmışdır.
Ermənistan hakimiyyəti və ermənilər bu mülkiyyət he­sa­
bına var-dövlətini artırmışdır.
Azərbaycanlıların deportasiyası zamanı Ermənistan ha­
kimiyyət orqanlarının özbaşınalığı, ermənilərin azərbay­
canlılara qarşı düşmənçilik fəaliyyəti, kütləvi zorakılıq­lar,
Azərbaycan SSR-də bu qədər insanın yerləşdirilməsi üçün
ərazinin düzgün seçilməməsi və s. günahsız insanların
ölümə məhkum edilməsilə nəticələnmişdi.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-
dən deportasiyası o zamana qədər mövcud olan sovet
deportasiyaları tarixində (1937 - koreyalıların; 1941-ci ilin
sonları - 1942-ci ilin əvvəlləri - almanların; 1942-ci il no­
yabr - polyakların; 1944, 18 may - Krım tatarlarının və b.
de­portasiyası) ən ağır səhifələrdən birini təşkil edir.
1980-ci illərin sonları - 90-cı illərin əvvəlləri.
Ermənistan
SSR və ona dəstək verən SSRİ rəhbərliyi azərbaycanlıla­
rın Ermənistandan deportasiyasını tamamilə başa çatdıra
bilmədi. Bir tərəfdən azərbaycanlıların ölkədən çıxarılması
sona çatdırılmadı, digər tərəfdən deportasiya olunanların
müəyyən hissəsi Stalinin ölümündən sonra yenidən doğma
yerlərinə qayıtmışdı.
Ermənistan rəhbərliyi isə antiazərbaycanlı siyasətini da­
vam etdirməkdə idi. 1960-cı illərin əvvələrində Karib böh­
ra­nı zamanı SSRİ-nin ABŞ-la münasibətləri kəskinləşdi.
NATO üzvü olan Türkiyənin də konfliktə cəlb edilməsi,
sovet-Tür­kiyə münasibətlərinə soyuqluq gətirdi. SSRİ-də
an­ti­tür­kiyə isteriyası başlandı. Belə bir şəraitdə Ermənistan­
da 1960-cı illərin ortalarında Osmanlı imperiyasındakı
1915-ci il hadisələrinin əlliilliyi ilə əlaqədar tədbirlərə icazə
verildi. Bütün bunlar Ermənistan SSR azərbaycanlılarına
qarşı da kütləvi zorakılıq hadisələri ilə müşayiət edilməyə
başladı. Bu hal hər il eyni vaxtda təkrar olunurdu. 1977-
ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulu zamanı
Ermənistanın Dağlıq Qarabağa olan iddiasının bir daha
uğursuzluğa düçar olması Ermənistanda antiazərbaycanlı
siyasəti qızışdırdı. 1987-ci ildə SSRİ rəhbərliyinin yaxından
köməyi ilə “Dağlıq Qarabağ məsələsi” gündəliyə gətirildi.
1988-ci ilin əvvəllərində Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarını reallaşdırmaq məqsədi ilə
yenidən Ermənistan SSR-də yaşayan azərbaycanlıların
deportasiyasına əl atıldı. Deportasiya elə bir amansız
miqyas aldı ki, 1988-1989-cu illərdə Ermənistan SSR-
də yaşayan 250 min nəfərdən çox azərbaycanlı oradan
çıxarıldı və soyqırımına məruz qaldı. Ermənilərin təzyiqinə
üç ilədək davam gətirən sonuncu azərbaycanlı yaşayış
məskəni - Nüvədi kəndi 1991-ci ilin avqustunda boşaldıldı.
Beləliklə, Ermənistanın məq­səd­yönlü və ardıcıl şəkildə
həyata keçirdiyi deportasiya siyasəti nəticəsində orada
yaşayan azərbaycanlıların öz tarixi vətənindən qovulması
başa çatdırıldı. Bununla da ErmənistanDağlıqQarabağa olan
əsassız id­di­ası­nı reallaşdırmaq üçün Azərbaycana qarşı elan
edil­mə­miş işğalçılıq müharibəsinə başladı. Azərbaycanın
Dağ­lıq Qarabağ bölgəsi və onun ətrafında yeddi rayon,
bü­tövlükdə respublika ərazisinin 20%-dən çoxu işğal edil­
di. Ermənistan azərbaycanlıların deportasiyası vasitəsi ilə
bir tərəfdən onların tarixi vətənlərini əlinə keçirdi, digər
tərəfdən Azərbaycanın dünya birliyi tərəfindən tanınmış
ərazi bütövlüyünü pozaraq torpaqlarını işğal etdi.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Qərbi azərbaycanlılarının deportasiyası.
1948-1953-cü illər.
Qərbi Azərbaycandan azərbaycanlıların ermənilər
tərəfindən kütləvi surətdə qovulması.
1988-ci il.
1...,27,28,29,30,31,32,33,34,35,36 38,39,40,41,42,43,44,45,46,47,...116