33
Azərbaycan xalçaları / İrəvan QRUPU
İrəvan şəhərindən görünüş.
1930-cu illər.
tor­paq qoparılması iddiasının qarşısını ala
bilməmişdir. 1960-cı illərdə Ermənistanda
genişlənən anti türkiyə və anti azərbaycan
hərəkatına,
Ermənistanın
Azər­­baycan
torpaqlarına qarşı ərazi iddialarına dəs­
tək verən SSRİ rəhbərliyinin təzyiqi ilə
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
1969-cu il 7 may tarixli qərarı ilə 1938-ci il 5
may qərarını təsdiq etmişdir. Yalnız Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi­
lə (1969, 14 iyul) bu qərarın həyata keçi­ril­
məsi dayandırılmışdır. Lakin, Ermənistan
bu siya­sətindən əl çəkməmiş, 1984-cü ilin
oktyabrında Azərbaycanın Qazax və Gədəbəy
ra­yonlarından min hektarlarla torpaq sahəsi
Er­mənistana verilmişdir.
Azərbaycanlıların Ermənistandan depor­ta­
siyası və yeni-yeni Azərbaycan torpaqlarının
ələ keçirilməsi sahəsində Ermənistan SSR-in
yeritdiyi siyasi xətti Ermənistan Respublikası
davam etdirmişdir.
Ermənistan Respublikası (1991).
Müasir
Er­mənistan Respublikası azərbaycanlıların
Ermə­nistan ərazisindəki öz tarixi torpaq­la­rın­
dan deportasiyası və Azərbaycana qarşı işğal­
çı müharibənin genişləndiyi şəraitdə - 1991-ci
ilin sentyabrında müstəqilliyini elan etmiş­dir.
Ermənistan Respublikası xarici dəstəkdən is­tifadə edərək Azərbaycanın Şuşa (1992, 8 may), Laçın (18 may), Kəlbəcər (1993,
7 iyul), Ağdam (23 iyul), Füzuli və Cəbrayıl (23 avqust), Qubadlı (31 avqust) və Zəngilan (29 oktyabr) rayonlarını işğal
etmişdir. Ermənistan Respublikası əvvəlki erməni respublikalarından fərqli olaraq soyqırım və terror siyasətini yeni işğal
olunmuş Azərbaycan torpaqlarına keçirmişdir.
Ermənistan Respublikası sovet dövründən qalma rayon bölgüsünü ləğv edərək, 1996-cı ildən yeni inzibati-ərazi böl­
güsü olan vilayətlərə keçib. Respublika ərazisi on vilayət və vilayət statusu olan İrəvan şəhərinə ayrılıb. Ermənistan
Respublikasının müasir inzibati-ərazi bölgüsünü Qərbi Azərbaycanda tarixən formalaşan inzibati-ərazi bölgüsü ilə
müqayisə etsək, əslində Ermənistan hakimiyyətinin Qərbi Azərbaycanın azərbaycanlılara məxsus keçmiş ərazi bölgüsünü
bərpa etməsi aydın olar. Şirak vilayəti Ağbaba-Şörəyel (Amasiya, Qızıl Qoç, Ağin, Düzkənd, Ərtik), Loru Loru-Pəmbək
(Allahverdi, Barana, Cəlaloğlu, Böyük Qarakilsə), Tavuş Şəmşəddin, Araqadzor Abaran - Dərəçiçək, Kotayk Qırxbulaq -
Əştərək, Geğarkunik Göyçə (Aşağı Qaranlıq, Basarkeçər, Kəvər, Çəmbərək), Armavir Zəngibasar - Sərdarabad (Sərdarabad,
Zəngibasar, Üçkilsə), Ararat Gərnibasar - Vedibasar (Vedi, Qəmərli), Vayatsdzor Dərələyəz (Keşişkənd, Soylan), Sünik
Zəngəzur (Qafan, Qarakilsə, Gorus, Mehri) mahallarına uyğundur.
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...116