39
Xarakteristikası və sənətkarlıq xüsusiyyətləri
İrəvan Xalçaları
Azərbaycan xalçaları / İrəvan QRUPU
Daş sənduqə. XV-XVI əsrlər.
Zəngəzur mahalı, Sisyan. Urud kəndi.
Məzarın üzərində yazı: “Aysoltan 992-ci il
(1584)”. Məzarın üzərində verilən təsvirdən
aydın olur ki, Aysoltan xalçaçı olmuşdur.
Nuhun Ağrı dağından Naxçıvan və İrəvan torpaqlarına
qədəm basması əfsanəsi əsasında illüstrasiya.
İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz
tayfalarının yaşadığı ərazilər olmuşdur. Bu ərazidə olan saysız-he­
sab­sız yaşayış məskənləri-nekropollar, kurqanlar, qala, saray və is­
tehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə
də qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir
və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik, mən­
subiyyətindən xəbər verir. İstər yer-yurd və coğrafi adlar, istərsə də
mü­asir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu
ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini,
zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi
sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et­
diyi nemətlərdən səmərəli istifadə etmişdir.
Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və
əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların
həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk
dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi
adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də
yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən
Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox
qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
Qərbi Azərbaycanın ərazisində olan abidə adlarının əksəriyyəti
özünün orijinallığı, eyni zamanda, türk mənşəli semantikası ilə seçilir.
Bu bölgənin sakinlərinin mifik görüşləri, onların yaratdıqları şifahi
xalq ədəbiyyatı, o cümlədən nağıl qəhrəmanları özünü obrazlı şəkil­
də memarlıqda, xüsusən də xalçaçılıq sənətində büruzə vermiş­dir.
Nu­hun gəmisi haqqında olan əfsanənin Gəmiqaya və Naxçıvanla
bağlılığına diqqət yetirilsə, aydın olar ki, bu ərazilərin demək olar ki,
hər vilayətində, hər kəndində həmin rəvayətlə əlaqədar olan toponim
və etnotoponimlər vardır. Ağrıdağı və Ağrıdağın vadisi Vad bütünün
adından götürülmüş Vedi, Gögər, Erbi, Zəngi, Gərni, Qamər, Artaş,
Saklarla bağlı bu kimi yer adları qədim türk tayfalarının adlarından
götürülmüşdür. “Kitabi Dədə Qorqud” dastanındakı əksər yer və tay­
fa adlarının izləri Qərbi Azərbaycandadır. İrəvan folklorunda zaman
Nuh əyyamından başlayır. Bu bölgənin folklor nümunələrində adına
ən çox rast gəlinən məkan Ağrıdağıdır. İrəvan miflərində sakral ele­
ment kimi ilk məkan Ağrıdağı, ilk zaman isə Nuh əyyamıdır. İrəvan
folklorunda xalqın dağla bağlı mifoloji görüşləri ilə birləşmiş Agrıdağı
obrazı bu bölgədə yaşayanların təsəvvüründəki dünya modelinin
sak­ral mərkəzi kimi semantik yozuma malikdir. Bu ərazidə yaşayan
xal­qın dəyərlər sistemində torpaq, dağ bir simvola çevrilərək, təkcə
yaşayış məskəni kimi deyil, eyni zamanda, dünyaya çıxış obrazı kimi
“Ulduzlu Qazax” xalçası Zəngəzur mahalında, Sisyanın
Urud kəndində toxunub. Burada toxunan xalçalar rəng­
lərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtü­
yündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən na­
xışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş
sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu
həndəsi formalar Azərbaycanın qədim inancından sü­
zülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi
çı­xış edir. Bu xalçanın üzərində qədim türk boylarının
dam­ğalarına da rast gəlinir. “Ulduzlu Qazax” çeşnisində
olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məs­
kun­laşdığı yerlərdə məhdud sayda toxunub.
Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 (sm), Qa­
zaxın Şıxlı kəndində toxunan 280 x160 (sm), Gürcüstanın
azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xal­
çanın ölçüsü isə 200x200; 180x180 (sm)-dir.
Sisyanda toxunan, rəngləri daha tünd olan “Ulduzlu Qa­
zax” xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan
xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xo­vu
hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsa­
sında toxunub.
“Ulduzlu Qazax” çeşnisində olan xalçalar Zaqatalanın
qədim Car və Muxax kəndlərində də toxunub. Muxaxda
toxunan “Ulduzlu Qazax” çeşnili xalçalar türk-səlcuq,
Carda toxunan xalçalar isə təkarğac texnologiyası ilə to­
xun­muşdur. Bu xalçaların az sayda olması onların uni­
kal­lığını, bədii-tarixi əhəmiyyətini artırır və kompozisi­ya
həllinə görə dünya xalça-sənətşünasları tərəfindən yük­
sək qiymətləndirilir. Daş sənduqə və onun üzərində olan
təsvir, yazı, həmçinin bu xalça Urud kəndində yaşa­yan
azərbaycanlıların qədim mədəniyyətindən, xalçaçılıq ənə­
nəsindən xəbər verir.
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...116